Baş Prokurorluğun 5 əməkdaşı barədə cinayət işi yekunlaşıb

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Baş Prokurorluğun 5 əməkdaşı barədə başlanan cinayət işinin istintaqı yekunlaşdırılıb. “Olaylar” xəbər verir ki, bunu Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirilən mətbuat konfransında deyib. O, bildirib ki, həmin cinayət işləri məhkəməyə göndərilib: “Bundan başqa, daxil olmuş müraciətlər nəticəsində Baş İdarənin təqdimatı əsasında Baş Prokuror Zakir Qaralovun əmri ilə 3 prokurorluq əməkdaşı cəzalandırılıb. Onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 1 nəfərə şiddətli töhmət verilib, 1 nəfər isə işdən azad edilib”.

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Baş Prokurorluğun 5 əməkdaşı barədə başlanan cinayət işinin istintaqı yekunlaşdırılıb. "Olaylar" xəbər verir ki, bunu Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirilən mətbuat konfransında deyib. O, bildirib ki, həmin cinayət işləri məhkəməyə göndərilib: "Bundan başqa, daxil olmuş müraciətlər nəticəsində Baş İdarənin təqdimatı əsasında Baş Prokuror Zakir Qaralovun əmri ilə 3 prokurorluq əməkdaşı cəzalandırılıb. Onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 1 nəfərə şiddətli töhmət verilib, 1 nəfər isə işdən azad edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31