Gündəm
Təhsil naziri Şirvanda vətəndaşları qəbul edib
Yanvarın 16-da təhsil naziri Mikayıl Cabbarov Şirvan şəhərindəki Olimpiya İdman Kompleksində Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Sabirabad, Saatlı, İmişli rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, gənc müəllimlər üçün həvəsləndirmə tədbirlərinin tətbiqi, təhsil haqqı, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
“Davos İqtisadi Forumu böyük əhəmiyyətə malikdir”
“Davos İqtisadi Forumu bütün dünya dövlətlərinin, eləcə də iri transmilli şirkətlərin rəhbərlərinin görüşdüyü meydança, platformadır. Bu baxımdan bu gün dünyanın 100-dən artıq şirkətinin bir araya gəlməsi böyük əhəmiyyətə malikdir”. Bunu iqtisadçı-ekspert Emin Əliyev deyib.
Türkiyədə mədən UÇDU: ölən var
Edirnenin Keşan mahalında özəl bir firmaya məzsus mədəndə uçqun baş verib. Faciə nəticəsində bir nəfər həyatını itirib.
GİN bəyanat yaydı
“Şən və hazırcavablar klubu”nun (KVN) beynəlxalq ittifaqı və “AMİK” televiziya yaradıcılıq birliyinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarının 10-23 yanvar 2016-cı il tarixində Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvəti ilə əlaqədar məsələyə müdaxilə edilməsi üçün Gənclər və İdman Naziri Azad Rəhimov tərəfindən KVN Beynəlxalq ittifaqının prezidenti Aleksandr Maslyukova məktub göndərilib və festivalın təşkilat komitəsi ilə danışıqlar aparılıb. Bu barədə məlumat “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən daxil olub. Bildirilib ki, qoyulan əsas tələbin isə, ya o komandaların orada Xankəndi adı altında Azərbaycanı təmsil edərək iştirak etmələri, ya da həmin komandaların yarışmadan ayrılmaları idi. Bununla yanaşı, bu mövzu ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyi tərəfindən bəyanat verilib, Rusiya XİN-nə nota göndərilib.
Türkiyə Qırğızıstana komissiya göndərəcək
Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasya Nazirliyi Qırğızıstanda "Boeing 747-400" yük təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılması üçün Bişkekə iki ekspertdən ibarət komissiya göndərəcək.
Sərkisyanın aprel həyəcanı
Keçən ilin sonlarından etibarən Ermənistan tərəfi cəbhə xəttində yenidən təxribatlara əl atıb və vəziyyəti gərginləşdirməyə çalışır. Artıq demək olar ki, hər gün təmas xəttində erməni təxribatları baş verir. Həftə sonu yenidən Ermənistan tərəfi cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə iriçaplı ağır silahlar tətbiq edib. Belə ki, yanvarın 15-i axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə cəbhənin Tərtər-Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən tərəfinin aktivliyinin qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri həyata keçirərək onu susdurub. Bir neçə gün əvvəl isə ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub. Həmçinin həmin ərəfədə Ermənilər tərəfindən kustar üsulla hazırlanan partlayıcı qurğu yanvarın 12-də dövlət sərhədinin Tovuz rayonu sahəsində, qoşunların qarşıdurma xəttinə yaxın əraziyə PUA vasitəsilə atılıb. Partlayıcı qurğunun zərərsizləşdirildikdən sonra ilkin öyrənilməsi zamanı bu vasitənin elektrik detonatoru, detonasiya qaytanı, çoxlu sayda metal qəlpələr və qurğunun işə salınması üçün batareyalardan ibarət olduğu müəyyən edilib.
Korrupsiya cinayəti törədən 6 şəxs cinayət başında tutulub
Yanvarın 16-da Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
“Zaqatala folklor örnəkləri” kitabı çapdan çıxıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimovanın “Zaqatala folklor örnəkləri” kitabı çapdan çıxıb.
Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyuldu
Yanvarın 16-da Pirallahı Sənaye Parkında sayca 2-ci əczaçılıq zavodunun - “Caspian Pharmed”in təməli qoyulub.
Hamamda canlı yayım edən qızını ana o vəziyyətdə tutunca...- VİDEO
Braziliyada maraqlı olay baş verib. Hamamda rəqs edərək sosial şəbəkə vasitəsi ilə canlı yayım edən qız anası tərəfindən tutulub. Çəkilişdən xəbərsiz olan ana bir müddət qızını izləsə də, bu vəziyyətə çox dözə bilməyib və onu kəmərlə döyməyə başlayıb. Bu barədə Milli.az Milliyet-ə istinadən xəbər verir.
Qarabağda “ikinci aprel”: Ermənistanda müharibə qorxusu
“Dağlıq Qarabağ münaqişəsi zonasında 2016-cı ilin aprelində olduğu kimi, yeni müharibə mümkündür”.
Nazirlik NARAHATDIR - Sürüşmə sahəsində hələ də evlər tikilir
Nə qədər maarifləndirmə işləri aparılsa da, əhalini bu prosesdən xəbərdar etsək də, Zığ sürüşmə sahəsində hələ də evlər tikilir.
"Samsung"da HƏBS ŞOKU
Texnologiya nəhəngi "Samsung"da həbs qalmaqalı yaşanıb. Cənubi Koreyada keçirilən rüşvət ittihamı ilə bağlı istintaq çərçivəsində "Samsung"un rəhbəri olmağa əsas namizəd - Şirkət rəhbərinin müavini Lee Jae-yong haqqında həbs qərarı çıxardılıb.
Siyasəti unudan siyasilər
Son günlərin ən diqqət çəkən məqamlarından biri də siyasilər arasında tarixi mövzularda baş verən mübahisələr və bu mübahisələrin tədricən gərgin xarakter alaraq qarşılıqlı təhqirlərə keçməsidir. Ənənəvi olaraq bu cür xoşagəlməz hadisə yenə də müxalif siyasi partiyaların rəhbər şəxsləri arasında gedir. Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa arasında müşahidə edilən bir mübahisəyə VİP sədri Əli Əliyev də qoşulub. Sonuncu bu günlərdə Fazil Mustafa barədə qələmə aldığı fikirlərində millət vəkilinin hələ radikal düşərgədə olarkən mvcud hakimiyyət, ümummilli lider Heydər Əliyev barədə işlətdiyi ifadələri də qabardaraq Fazil Mustafanın səmimiliyinə şübhə ilə yanaşdığını vurğulayıb. Təbii ki, keçmişin bu cür vərəqlənməsi millət vəkilini ciddi narahat etdiyi üçün o, da cavab haqqından istifadə edərək qarşı tərəfi bir sıra məsələlərdə qınayıb. Fazil Mustafa qeyd edib ki, yazıda Əli Əliyev tərəfindən xeyli mənəvi tövsiyyələr yer aldığına görə, , bəzi detallara qısa aydınlıq gətirmək məcburiyyətində qalıb: “Tarixə baxış mövzusuna toxunmayacağam, öz fikirlərimin doğruluğuna inandığıma görə, başqa fikirlərə qarşı da hansısa mənfi kompleks daşıyıcısı deyiləm və məsələyə sırf fikir plüralizmi nöqteyi-nəzərindən yanaşıram. Keçmişdə yazdığım bütün yazılarıma da sahib çıxıram və onlara da tənqidi yanaşmağı bacarıram.
Bişkekdə təyyarə qəzası nəticəsində həlak olanların 31-nin cəsədi, 9-nun isə qalıqları tapılıb
Qırğızıstan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Bişkekdəki “Manas” Beynəlxalq aeroportu yaxınlığında Türkiyənin ACT şirkətinə məxsus Boeing 747-400 yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların 31-nin cəsədi, 9-nun isə qalıqları tapılıb.







.jpg)






