"Samsung"da HƏBS ŞOKU
Texnologiya nəhəngi "Samsung"da həbs qalmaqalı yaşanıb. Cənubi Koreyada keçirilən rüşvət ittihamı ilə bağlı istintaq çərçivəsində "Samsung"un rəhbəri olmağa əsas namizəd - Şirkət rəhbərinin müavini Lee Jae-yong haqqında həbs qərarı çıxardılıb.
16 Yanvar 2017 13:57 DünyaTexnologiya nəhəngi "Samsung"da həbs qalmaqalı yaşanıb. Cənubi Koreyada keçirilən rüşvət ittihamı ilə bağlı istintaq çərçivəsində "Samsung"un rəhbəri olmağa əsas namizəd - Şirkət rəhbərinin müavini Lee Jae-yong haqqında həbs qərarı çıxardılıb.
Qeyd edək ki, noyabr ayında istintaq çərçivəsində şirkətin ofisinə basqın təşkil edilmişdi. BBC-də yer alan xəbərə görə, məsələnin məğzi Cənubi Koreya prezidenti Park Geun-hyenin vəzifədən uzaqlaşdırılmasına səbəb olan qalmaqalla bağlıdır.
Həbs qərarının açıqlanmasından sonra "Samsung Electronics"in hissələrinin yüzdə 2, əsas səhmdar Samsung "C & T"-nin hissələrində isə yüzdə 0,8 azalma qeydə alınıb. Bu barədə Milli.Az Milliyet-ə istinadən xəbər verir.