Bişkekdə təyyarə qəzası nəticəsində həlak olanların 31-nin cəsədi, 9-nun isə qalıqları tapılıb

Qırğızıstan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Bişkekdəki “Manas” Beynəlxalq aeroportu yaxınlığında Türkiyənin ACT şirkətinə məxsus Boeing 747-400 yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların 31-nin cəsədi, 9-nun isə qalıqları tapılıb.

Qırğızıstan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Bişkekdəki "Manas" Beynəlxalq aeroportu yaxınlığında Türkiyənin ACT şirkətinə məxsus Boeing 747-400 yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların 31-nin cəsədi, 9-nun isə qalıqları tapılıb.

Məlumatda bildirilir ki, yanvarın 17-si Qırğızıstanda matəm günü elan olunacaq.

Qırğızıstanın Baş prokurorluğu təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi açıb, istintaq aparılır. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti isə 37 nəfərin həlak olması ilə bağlı məlumat yayıb. Qəza nəticəsində 11 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31