Gündəm
Türkiyədə referendumun keçiriləcəyi tarix açıqlanıb
Türkiyədə konstitusiyaya dəyişikliklərə dair referendumun keçiriləcəyi tarix açıqlanıb. Hakim Ədalət və İnkişaf Partiyası ümumxalq səsverməsinin ən tez 26 mart, ən gec 18 aprel tarixində keçirilməsini planlaşdırır.
Rusiya Minsk razılaşmalarını yerinə yetirənə və Krımı qaytarana qədər sanksiyalar qüvvədə qalmalıdır
“Ukrayna və ABŞ əmindir ki, Rusiyaya qarşı sanksiyalar onun Minsk razılaşmaları ilə bağlı öhdəliklərini yerinə yetirməsinə və Krımın işğalına son qoymasına qədər qüvvədə qalmalıdır”.
NİDA üzvünə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Taleh Bağırov məhkəmədə özünü təqsirli bilmədiyini deyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Dövlətin informasiya və mətbuat siyasəti söz, fikir və məlumat azadlığının təmin edilməsinə yönəlib
Azərbaycan Respublikasında söz, fikir, məlumat, o cümlədən mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas vəzifələrindən biridir. Dövlətin informasiya və mətbuat siyasəti Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş söz, fikir və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlib.
Azərbaycan sivilizasiyalararası dialoqun məkanına çevrilib
Hər il həyata keçirdiyi təşəbbüslər, reallaşdırdığı layihələrlə dünya, ayrı-ayrı dövlətlərə bir nümunə olan Azərbaycan 2017-ci ildə İslam coğrafiyasına, müsəlman aləminə öz töhfələrini verməyi qarşıya məqsəd qoyub. Bu məqsədlə cari il ərzində ölkədə İslam Həmrəyliyi Oyunları keçirməyi qarşıya məqsəd qoyan lkəmiz bu ili həmçinin “İslam Həmrəyliyi İli” elan edib. Artıq bununla bağlı dvlət başçısının müvafiq sərəncamı da var. Azərbaycan Prezidentinin belə bir sərancam imzalaması təkcə ölkə daxilində deyil, eləcə də ondan kənarda böyük dəstək görüb.
Küləkli havaya hazır olun
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Olaylar” –a bildirilir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.
Respublika çaylarında və transsərhəd çaylarında mövcud vəziyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-210, Kiçik Qafqazın çaylarında 170-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-90 faizini təşkil edir.
Arzu Nağıyev: “Artıq dünya ictimaiyyəti də erməni terrorunu dərk etməyə başlayır"
“Erməni terrorundan yalnız Azərbaycan deyil, dünyanın bir çox ölkələri əziyyət çəkirlər. Rusiyalı politoloq Oleq Kuznetsov tərəfindən təklif olunan petisiyada erməni terrorçuların Ermənistan məhkəmələri tərəfindən cəzalandırılması haqda məlumatların yalan olduğu, həmin cinayətkarların azadlıqda olması faktının yenidən araşdırılmasının vacibliyi də bildirilir”. Bunu politoloq Arzu Nağıyev deyib.
Politoloq: “Ermənistan torpaqları qaytarılmağa təhrik edilməlidir”
“Artıq 2017-ci ildir və çox təəsüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayıb. Münaqişənin öz həllini tapmaması, münaqişənin status – kvosunun dəyişməməsi Ermənistan tərəfinin lehinə olan vəziyyətdir. Ermənilər danışıqların uzadılması ilə illərdi ki, məşquldurlar. Eyni zamanda aprel hadisələri göstərdi ki, münaqişə istənilən vaxt alovlana bilər. Bu isə, təkcə Cənubi Qafqaz dövlətləri üçün yox, eyni zamanda bütün regional dövlətlər üçün də olduqca təhlükəlidir. Burada hətta region dövlətlərinin ərazi bütövlüklərinin pozulmasından da söhbət gedə bilər”. Bunu politoloq Zaur Məmmədov deyib.
Vüsalə Rəcova: "Çarəsi yox"- VİDEO
Müğənni və teleaparıcı Vüsalə Rəcova yeni təqvimdə ilk yaradıcılıq işini təqdim edib. Olaylar.az xəbər verir ki, sənətçi repertuarına lirik mahnı daxil edib. "Çarəsi yox" adlanan mahnının sözləri Altay Yaşara, musiqisi Rəşad Bağırova məxsusdur. Mahnının mövzusu bitən sevgidən bəhs edir.
Azərbaycanın İstanbuldakı Baş Konsulu görüş keçirib
Yanvarın 13-də Azərbaycanın İstanbuldakı Baş konsulu M.Hacıyev Bağcılar bələdiyyə başçısı (eyni zamanda Türk dünyası bələdiyyələr birliyi başçısının müavini) Lokman Çağırıcını ziyarət edib.
Gənclər, sözüm sizədir…
Sərhədlər təkcə ölkələri deyil, həm də insanları ayırır. Sərhədlər insanda nostalji duyğular oyadır. Axı, ayrılıq həmişə kədər, qəm-qüssə gətirir…
20 yanvar faciəsinin 27 illiyinə həsr olunmuş veloyürüş keçirilib
İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və həvskar velosipedçi-fəal gənc Əli İmamverdiyevin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 27 illiyinə həsr olunmuş velosiped yürüşü keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, 45 nəfər velosipedçinin iştirakı ilə keçirilən yürüş başlanğıcını Heydər Əliyev adına Mərkəzi meydandan götürüb, “Şəhidlər xiyabanı”na və oradan geri-mərkəzi meydana qədər davam edib.
Gənclər üçün “XXI əsrin peşələri” mövzusunda təlim keçirilib
Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən “USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsi çərçivəsində “XXI əsrin peşələri ” mövzusunda növbəti təlim keçirilib.














