Gündəm

“İsa Qəmbər “böhrandan çıxış yolunu” bilirsə, niyə Müsavat partiyası 3 yerə parçalandı? “  

16 Yanvar 2017 12:52

“Biz əminik ki, İlham Əliyev hakimiyyətinin, ordakı bolşevik təfəkkürlü insanların ölkəni saldığı bəlalı vəziyyətdən çıxış yolu var. İlham Əliyev də vəziyyətdən necə çıxmaq barədə düşünür.

Bu il baş verəcək Ay tutulmaları Azərbaycanda da müşahidə ediləcək

16 Yanvar 2017 12:51

Bu il baş verəcək Ay tutulmaları Azərbaycanda da müşahidə ediləcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov  bildirib ki, 2017-ci ildə hər il olduğu kimi 2 Ay və 2 Günəş tutulması qeydə alınacaq. Ay tutulmalarını Azərbaycanda müşahidə etmək mümkün olsa da, Günəş tutulmaları ölkəmizdə görünməyəcək: “İlk Ay tutulması fevralın 11-də, Bakı vaxtı ilə saat 02:34-də başlayacaq, saat 04:43-də maksimumda olacaq, saat 06:51 başa çatacaq. Buna yarım və zəif kölgəvari Ay tutulması deyilir. Proses Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikada görünəcək. Azərbaycanda da bu prosesi səhərə yaxın müşahidə etmək mümkün olacaq. Avqustun 7-də baş verəcək ikinci Ay tutulması isə saat 21:22-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq. Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Rusiyanın böyük hissəsində müşahidə ediləcək. Azərbaycanda da günbatandan sonra tutulmanın bir hissəsini görə biləcəyik”.

“Naxox” Masallıda

16 Yanvar 2017 12:47

Rejissor Zaur Mirzəzadənin lentə aldığı, baş rollarında Ferda Amin və Elməddin Cəfərovun  çəkildiyi “Naxox” kino komediyası paytaxtda və Masallıda tamaşaçılarla görüş keçiriblər. Elməddin Cəfərov  və  Fərda Amin Park Bulvar AVM və Park Cinema Masallıda öz tamaşaçıları ilə görüşüblər. Görüş zamanı onlar tamaşaçıları ilə birgə şəkil çəkdirərək, filmi  birgə izləyiblər. 

Misir Mədəniyyət Günü keçirilib

16 Yanvar 2017 12:44

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilib. Bununla əlaqədar olaraq, Binəqədi rayonunda yerləşən Xəzər Universiteti Dünya Məktəbində Misir Mədəniyyət Günü keçirildib. “OLAYLAR”-ın xəbərinə görə, “Elçi daşı” layihəsi çərçivəsində həyata keçirilən bu tədbirin məqsədi ölkəmizdəki mövcud səfirliklər, xarici ölkələrin mədəniyyət mərkəzləri ilə bərabər maraqlı işlər qurmaq, elm və təhsilimizi dünyaya tanıtmaq, şagirdləri ölkələrlə daha yaxından tanış etməkdir.

Azərbaycan yeni inkişaf mərhələsinə başlayıb

16 Yanvar 2017 12:43

“Son illərdə dünyada müşahidə edilən mürəkkəb proseslər fonunda ölkəmiz sabitlik və inkişaf yoluna sadiqlik nümayiş etdirir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində vurğuladığı kimi, Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib”.

Misir Prezidentinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mükafatı təqdim edilib

16 Yanvar 2017 12:42

Misir Ərəb Respublikasına Prezidenti Əbdülfəttah əs-Sisi bölgədə və Ərəb dünyasında terrorla mübarizədəki roluna görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) mükafatı ilə təltif olunub.

Millət vəkili: “Erməni qadınlarının orduya cəlb edilməsinin iki səbəbi var”

16 Yanvar 2017 12:39

“Ermənilər getdikcə daha çox qadını orduya cəlb edirlər ki, bunun da iki səbəbi var. Biri açıqlanır, biri yox”. Məlumata görə, bunu millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, ermənilərin getdikcə daha çox qadını orduya cəlb etməsinin açıqlanan tərəfi odur ki, guya haylar da İsrail dövlətində olduğu kimi, ordu-xalq münasibətləri formalaşdırmağa çalışırlar: “Bunun mümkünsüzlüyünü Ermənistanın keçmiş prezidenti Levon Ter Petrosyan da açıqladığından, o haqda nəsə deməyə ehtiyac duymuram. Ancaq Ermənistanın ölkə deyil, hərbi baza gözündə görüldüyü özlərinə də sirr deyil”.

Türkiyəyə məxsus təyyarənin həlak olmuş ekipaj üzvlərinin FOTOLARI

16 Yanvar 2017 12:36

Qırğızıstanda qəzaya uğramış Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsində həlak olan pilotların fotoları Türkiyə mətbuatında yer alıb.

Təyyarənin dağıtdığı binanın altından 11 nəfər sağ çıxdı

16 Yanvar 2017 12:33

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinin Manas beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayan yük təyyarəsinin düşdüyü binanın dağıntıları altından 11 nəfər sağ çıxarılıb.

Bölgələrdə dini maarifləndirmə tədbirləri həyata keçirilir 

16 Yanvar 2017 12:29

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qax şəhər məscidi dini icmasının həyata keçirdiyi “İslamda birgəyaşayış ənənəsi” layihəsi çərçivəsində Qax şəhər məscidində növbəti maarifləndirici tədbir keçirilib.

Azərbaycan Polşa Tələbə Parlamenti ilə əməkdaşlıq edəcək

16 Yanvar 2017 12:23

Azərbaycan Tələbələr Birliyi və Polşa Respublikası Tələbə Parlamenti arasında əməkdaşlıq sazişi imzalanıb. “OLAYLAR”-ın xəbərinə görə, Polşanın Lublin şəhərində Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov və Polşa Respublikası Tələbə Parlamentinin prezidenti Tomasz Tokarski tərəfindən imzalanan sənəd hər iki təşkilat arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Saziş çərçivəsində hər iki təşkilat ali təhsilin hər kəs üçün əlçatan olması, ali təhsildə keyfiyyət və sosial bərabərliyin təminatı kimi məsələlər üzrə əməkdaşlığı genişləndirəcəklər. Tərəflər ildə ən azı bir dəfə olmaqla qarşılıqlı tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, eyni zamanda, Avropa Birliyinin “Erasmus+” proqramı və Avropa Könüllülük Xidməti çərçivəsində də əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər.

Sabunçu-Ramana avtomobil yolunun tikintisi başa çatır

16 Yanvar 2017 12:23

Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı aparılan işləri yekunlaşmaq üzrədir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı.

Təbriz Həsənov da qələbə görərmiş...

16 Yanvar 2017 12:18

Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə çıxış edən Azərbaycan millisi qələbə həsrətinə son qoyub. Apasport.az xəbər verir ki, 9-16-cı yerlər uğrunda görüşdə İrana 1:0 hesabı ilə qalıb gələn komandamız 5 oyunluq seriyanı qırıb.

Azərbaycan prezidenti Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının rəbhəri ilə görüşüb - YENİLƏNİB

16 Yanvar 2017 12:18

Azərbaycan prezidenti İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.  Apa.az

"Qarabağ" "Amkar"ın futbolçusunu geri göndərdi

16 Yanvar 2017 12:16

"Qarabağ"da baxışda olan Rusiyanın "Amkar" klubunun futbolçusu Rinat Hüseynov komandanın düşərgəsini tərk edib.  Bu barədə məlumat klubun saytında yerləşdirilib. "Futbolçunun hazırlığı qənaətbəxş olmadığına görə yollar ayrılıb və Hüseynov komandamızın düşərgəsini tərk edib", - deyə məlumatda qeyd olunur. Goal.az