Gündəm

Politoloq: "Erməni hərbçilər silahlarını qoyaraq aradan çıxırlar" 

16 Yanvar 2017 12:15

“Ermənistan ordusunda fərarilərin sayı artıb. Erməni hərbçilər silahlarını və hərbi geyimlərini qoyaraq, mülki forma geyinib aradan çıxırlar. Komanda heyəti də bu prosesə rəhbərlik edə bilmir. Bu haqda erməni mətbuatında tez-tez yazılar dərc olunur. Fərariliyin qarşısını almaq üçün Emrənistan rəhbərliyi qondarma rejimin rəhbərliyi ilə iclaslar keçirir. Müəyyən yalan vədlər verərək, hərbi intizamı möhkəməndirməyə çalışsalar da, buna nail ola bilmirlər. Çünki Ermənistan ordusunda ciddi çürümə prosesi gedir”. Bunu  politoloq Qabil Hüseynli deyib.

150 min dollara görə 39 nəfəri öldürdü

16 Yanvar 2017 12:04

İstanbuldakı "Reina" klubunda baş verən, 39 nəfərin ölümü ilə nəticələnən teraktla bağlı yeni məlumatlar əldə edilib.

Çavuşoğlu: "Qırğızıstandakı təyyarə qəzası ilə bağlı istənilən yardıma hazırıq"

16 Yanvar 2017 12:02

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qırğızıstanlı həmkarı Erlan Abdıldayevlə telefon danışığı zamanı Bişkek yaxınlığında yük təyyarəsinin qəzaya uğraması ilə bağlı istənilən yardıma hazır olduqlarını bildirib.

Elə diplomlar var ki, 30 il qabaq alınıb, onların saxta olduğunu müəyyən etmək çox çətindir

16 Yanvar 2017 11:56

“Saxta diplomlarla bağlı məsələ aktualdır. Lakin bu məsələ ilə bağlı şikayətlərin tendensiyası azalmaq üzrədir”. Bunu baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin rəisi Kamran Əliyev deyib.

Valyuta mübadilələsi qaydalarının pozulmasına dair 2 işin istintaqı yekunlaşıb

16 Yanvar 2017 11:55

"Beynəlxalq bankın 5 filialı, o cümlədən Qazax və Şəki filialları barədə cinayət işinin istintaqı davam etdirilir". Məlumata görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, ötən il ən çox şikayət bank sektoru ilə bağlı olub: "Banklarla bağlı 52 cinayət işi istintaq olunub, məhkəməyə göndərilib. Sığorta şirkətlərinin rəhbərləri ilə bağlı 5 cinayət işinin istintaqı aparılıb".

Yanvarın 20-də Bakının bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

16 Yanvar 2017 11:54

Yanvarın 20-də Bakıda keçiriləcək anım tədbirləri ilə əlaqədar bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

16 Yanvar 2017 11:52

Ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, bilik yarışında 30000 nəfərə yaxın şagird iştirak edib. Bakı şəhərində isə 14 müxtəlif mərkəzdə keçirilən olimpiadaya 6000 nəfərdən çox şagird qatılıb.

Düşmən mövqelərinə cavab atəşi endirilib

16 Yanvar 2017 11:51

Ermənistan tərəfi cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə iriçaplı ağır silahlar tətbiq edib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yanvarın 15-i axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə cəbhənin Tərtər-Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Hərbi qulluqçularımız arasında itki yoxdur.

“AtaBank” ASC öz müştərilərini Dubay Şoppinq festivalına dəvət edir

16 Yanvar 2017 11:49

“AtaBank”ASC öz müştərilərini Dubaydakı Şoppinq festivalına dəvət edir. Bankdan “OLAYLAR”-a daxil olan məlumata görə, kampaniya çərçivəsində “AtaBank”-ın Visa kartlarının sahibləri restoran, mehmanxana və ya geyim mağazalarında bir çox xüsusi təklif və endirimlərdən istifadə etmək imkanına malik olacaqlar. Aksiya 28 yanvar 2017-ci il tarixinədək qüvvədədir. Xüsusi olaraq öz müştərilərinin rahatlığı üçün Visa “Explore” mobil proqramını hazırlanıb. “AtaBank” – ın müştəriləri alış-veriş və əyləncədən maksimum zövq ala bilərlər. Visa Explore sayəsində internetdə bir şey axtarmaq üçün onlarla səhifə yükləməyə ehtiyac yoxdur – bütün əlverişli təklif və endirimlər artıq əlinizin altındadır.

130 nəfər Təlimə Dəstək Mərkəzinə işə qəbul üçün imtahan verib 

16 Yanvar 2017 11:48

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində yaradılan Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul müsabiqəsinin imtahan mərhələsi keçirilib. İdarənin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, imtahanda TDM-də metodist (mentor) kimi çalışmaq arzusunda olan 139 nəfər iştirak edib. İmtahan elektron formada aparılıb. Suallar təhsil qanunvericiliyi və ixtisasla bağlı mövzuları əhatə edib.

Türkiyə təyyarəsini amerikan  raketi vurub

16 Yanvar 2017 11:46

Yanvarın 16-da, səhər saatlarında Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında Türkiyənin "Turkish Airlines" aviaşirkətinə məxsus Boeing 747-400 yük təyyarəsi qəzaya uğrayıb. Kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, təyyarənin yaşayış qəsəbəsi üzərində qəza törətməsi daha böyük itkiyə yol açıb. Belə ki, qəza nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil olmaqla 37 nəfərin həlak olduğu bildirilir.

Ermənilər atəşkəsi pozarkən minatanlardan istifadə edir

16 Yanvar 2017 11:43

"OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 42 dəfə pozub. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Zaxarova: "ABŞ kəşfiyyatı Primakova dərman almaq istəyən diplomatımızı "verbovka" etməyə çalışıb"

16 Yanvar 2017 11:42

"ABŞ xüsusi xidmət orqanları rusiyalı diplomatı keçmiş hökumət başçısı Yevgeni Primakova dərman alarkən əməkdaşlığa cəlb etməyə çalışıblar".  Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalına müsahibəsində deyib.

Ötən il korrupsiya ilə bağlı 159 cinayət işi başlanıb

16 Yanvar 2017 11:39

Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qeyd edib ki, 2016-cı il ərzində Baş İdarə tərəfindən vətəndaşların 9360 müraciətinə baxılıb, həmçinin 251 cinayət xarakterli material araşdırılıb. Araşdırılmış materialların 159-u (63,3%) üzrə cinayət işləri başlanıb, digər müraciətlər üzrə isə müvafiq prokuror təsir aktları tətbiq edilməklə inzibati və intizam tədbirləri görülüb.

Korrupsiya ilə bağlı "qaynar xətt"ə daxil olan müraciətlərin sayı açıqlanıb

16 Yanvar 2017 11:37

Azərbaycanda korrupsiya ilə bağlı qaynar xəttə daxil olan müraciətlərin sayı açıqlanıb. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ötən il Baş İdarənin “161 - Qaynar xətt” əlaqə mərkəzinə 5492 müraciət daxil olub. Həmin müraciətlərin 23-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə aidiyyəti təşkilatlara təqdimatlar göndərilib.