Türkiyə təyyarəsini amerikan  raketi vurub

Yanvarın 16-da, səhər saatlarında Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında Türkiyənin "Turkish Airlines" aviaşirkətinə məxsus Boeing 747-400 yük təyyarəsi qəzaya uğrayıb. Kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, təyyarənin yaşayış qəsəbəsi üzərində qəza törətməsi daha böyük itkiyə yol açıb. Belə ki, qəza nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil olmaqla 37 nəfərin həlak olduğu bildirilir.

Təyyarə qəzası baş verən andan etibarən qəzanın səbəbləri barədə müxtəlif versiyalar irəli sürülüb. Bunlar içərisində təyyarənin motorlarından birində baş verən nasazlıq, yanacaq çatışmamazlığı kimi versiyalar var. "OLAYLAR"-ın xəbərinə görə, bu arada hələlik heç bir rəsmi təsdiqini tapmayan məlumat da gündəmə gəlıib. Daha doğrusu bəzi ekspertlər hesab edirlər ki, təyyarə qəzası ona kənar müdaxilə nəticəsində mümkün olub. Hətta hava gəmisinin raketlə vurulduğu da iddialar arasında yer alır. Bildirilir ki, Türkiyəyə məxsus təyyarənin vurulması tapşırığı isə okeanın o tayından gəlib. İddia müəllifləri hesab edirlər ki, bu olayda da FETÖ-nun bu və ya digər dərəcədə əli var və məqsəd Türkiyəyə yeni bir zərbə vurmaqdır. Nəzərə alsaq ki, FETÖ-nün ən geniş yayıldığı ölkələrdən biri məhz Qırğızıstandır və bu gün də fətullahçılar Orta Asiyanın bu ölkəsində açıq şəkildə fəaliyyətdədirlər, o halda təyyarənin vurulması ehtimalı daha çox ağlabatan olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31