Gündəm
Ermənistan ordusunda daha bir itki
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaralanan erməni əsgər Qarik Vardanyan İrəvanda hərbi hospitalda ölüb. bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilib ki, hərbi hospital yerləşdirilən Vardanyanda beyin xərçəngi aşkarlanmışdı.
Tramp: "Rusiyanın Suriyaya müdaxiləsi dəhşətli nəticələrə səbəb olub"
ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tpamp Rusiyanın Suriya münaqişəsinə müdaxilə etməsini mənfi qiymətləndirib. Bu barədə o, Böyük Britaniyanın "The Times" və Almaniyanın "Bild" qəzetlərinə müsahibəsində deyib.
Kamran Əliyev: "Mənzil-tikinti sahəsi ilə bağlı şikayətlərin sayı azalıb"
Ötən il mənzil-tikinti sahəsi ilə bağlı şikayətlərin sayı azalıb. Bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.
Türkiyə aviaşirkəti: "Ekipaj üzvlərinin taleyini öyrənməyə çalışırıq"
Bu gün səhər saatlarında Bişkek yaxınlığında qəzaya uğramış "Boeing 747-400" yük təyyarəsinin məxsus olduğu Türkiyənin "АСТ" aviaşirkətindən bildiriblər ki, qəzanın baş vermə səbəbləri hələ məlum deyil.














