Tramp: "Rusiyanın Suriyaya müdaxiləsi dəhşətli nəticələrə səbəb olub"

ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tpamp Rusiyanın Suriya  münaqişəsinə müdaxilə etməsini mənfi qiymətləndirib. Bu barədə o, Böyük Britaniyanın "The Times" və Almaniyanın "Bild" qəzetlərinə müsahibəsində deyib.

ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tpamp Rusiyanın Suriya  münaqişəsinə müdaxilə etməsini mənfi qiymətləndirib. Bu barədə o, Böyük Britaniyanın "The Times" və Almaniyanın "Bild" qəzetlərinə müsahibəsində deyib. D.Tramp bildirib ki, Rusiyanın Suriyaya müdaxiləsi dəhşətli humanitar vəziyyətin yaranmasına səbəb olub: "Bu, çox pisdir. Dəhşətdir. Hələbdə dəhşətli humanitar durum yaranıb".   D.Tramp əlavə edib ki, ABŞ-ın Suriyada hansısa addım atmaq imkanı var idi, lakin artıq çox gecdir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31