Türkiyə təyyarəsi qəzaya uğradı- ölü sayı 35-ə çatdı (YENİLƏNDİ)
16 Yanvar 2017 10:19 DünyaTürkiyə təyyarəsi qəzaya uğradı- ölü sayı 35-ə çatdı (YENİLƏNDİ)
Türkiyə təyyarəsinin Qırğız Respublikasının paytaxtı Bişkekdə qəzaya uğraması nəticəsində ölənlərin sayı 35 nəfər çatıb.
Bunu Qırğız Respublikasının fövqəladə hallar naziri Kutabek Boronov bildirib.
Ölkənin Nəqliyyat Nazirliyi qəzaya uğrayan yük təyyarəsinin mərkəzi ofisi İstanbulda yerləşən "ACT" Hava Yolları yükddaşıma şirkətinə aid olduğu bəyan edilib.
Qırğız Respublikası baş nazirinin müavini Muhambetkalıy Abulkaziyevin sözlərinə görə, təyyarə Honk-Konq-Bişkek-İstanbul reysi üzrə uçurmuş.
***
Türkiyə Hava Yolları"na məxsus "Boeing" təyyarəsinin Qırğızıstanın Çuysk vilayətində qəzaya uğraması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
Bu barədə ölkənin baş nazirinin müavini Məhəmmədkalıy Əbülqazıyev məlumat verib.
Ölənlərdən 28 nəfəri yerli sakin, 4 nəfəri təyyarənin heyət üzvləridi.
"Report" AKİpress-ə istinadən xəbər verir.