Məşhur aparıcı qəza zamanı ağır yaralandı
16 Yanvar 2017 10:15 DünyaÖtən gün Türkiyənin İstanbul şəhərində şəhid Mehmet Yılmaz küçəsində avtomobil qəzası baş verib. Türkiyə saatı ilə 11:30-da baş verən qəza zamanı küçədə gəzən məşhur xəbər aparıcısı Caner Karaer eyni yolda hərəkət edən bir avtobus tərəfindən surətlə vurularaq, yol kənarına atılıb.
"Olaylar" - ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən qəza nəticəsində məşhur aparıcı başından ağır yaralanıb. Hadisə yerinə gələn həkimlərin köməkliyi ilə dərhal Caner Karer Okmeydan Təhsil və Araşdırma xəstəxanasında fəaliyyət göstərən həkimlər tərəfindən dərhal əməliyyat edilib. Həkimlər əməliyyatın uğurla keçdiyini bildiriblər. İlkin müayinə nəticəsində məşhur aparıcının daxili beyin qanaması və bədəninin bir çox yerlərində qırıqlararın olduğunu qeyd ediblər. Əməliyyat nəticəsində daxili qanamanın qarşısının alındığı bildirildi.