Sabunçu-Ramana avtomobil yolunun tikintisi başa çatır
Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı aparılan işləri yekunlaşmaq üzrədir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı.
16 Yanvar 2017 12:23 SosialBakı şəhərinin Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı aparılan işləri yekunlaşmaq üzrədir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Üstəlik bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə törədirdi. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılır. Sabunçu-Ramana avtomobil yolunun uzunluğu 5.7 km, yolun hərəkət hissəsinin üni 9 metr, hər iki tərəfdə çiyinlərin (piyada səkiləri) eni isə 1.5 metr təşkil edir. Layihə çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilib. Daha sonra yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib. Hazırda yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir ki, bu işlər də artıq yekunlaşmaq ərəfəsindədir. Ümumilikdə yolun təqribən 60 min m2 ərazisinin asfaltlanması nəzərdə tutulub. Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 1.5 metr enində piyada səkilərinin tikintisi və yol boyu 6426 paqon-metr yeni səki daşlarının düzülməsi işləri aparılıb.