Azərbaycan Polşa Tələbə Parlamenti ilə əməkdaşlıq edəcək
Azərbaycan Tələbələr Birliyi və Polşa Respublikası Tələbə Parlamenti arasında əməkdaşlıq sazişi imzalanıb. “OLAYLAR”-ın xəbərinə görə, Polşanın Lublin şəhərində Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov və Polşa Respublikası Tələbə Parlamentinin prezidenti Tomasz Tokarski tərəfindən imzalanan sənəd hər iki təşkilat arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Saziş çərçivəsində hər iki təşkilat ali təhsilin hər kəs üçün əlçatan olması, ali təhsildə keyfiyyət və sosial bərabərliyin təminatı kimi məsələlər üzrə əməkdaşlığı genişləndirəcəklər. Tərəflər ildə ən azı bir dəfə olmaqla qarşılıqlı tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, eyni zamanda, Avropa Birliyinin “Erasmus+” proqramı və Avropa Könüllülük Xidməti çərçivəsində də əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər.
16 Yanvar 2017 12:23 SosialAzərbaycan Tələbələr Birliyi və Polşa Respublikası Tələbə Parlamenti arasında əməkdaşlıq sazişi imzalanıb. "OLAYLAR"-ın xəbərinə görə, Polşanın Lublin şəhərində Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov və Polşa Respublikası Tələbə Parlamentinin prezidenti Tomasz Tokarski tərəfindən imzalanan sənəd hər iki təşkilat arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Saziş çərçivəsində hər iki təşkilat ali təhsilin hər kəs üçün əlçatan olması, ali təhsildə keyfiyyət və sosial bərabərliyin təminatı kimi məsələlər üzrə əməkdaşlığı genişləndirəcəklər. Tərəflər ildə ən azı bir dəfə olmaqla qarşılıqlı tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, eyni zamanda, Avropa Birliyinin "Erasmus+" proqramı və Avropa Könüllülük Xidməti çərçivəsində də əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər.