Türkiyəyə məxsus təyyarənin həlak olmuş ekipaj üzvlərinin FOTOLARI

Qırğızıstanda qəzaya uğramış Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsində həlak olan pilotların fotoları Türkiyə mətbuatında yer alıb.

Qırğızıstanda qəzaya uğramış Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsində həlak olan pilotların fotoları Türkiyə mətbuatında yer alıb.

Həlak olan pilotlar - təyyarənin komandiri İbrahim Gürgan Diranç, ikinci pilot Kazım Öndül olub. Bundan başqa heyətə Melih Aslan və Nelih Koça daxil olub.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31