Türkiyədə referendumun keçiriləcəyi tarix açıqlanıb

Türkiyədə konstitusiyaya dəyişikliklərə dair referendumun keçiriləcəyi tarix açıqlanıb.  Hakim Ədalət və İnkişaf Partiyası ümumxalq səsverməsinin ən tez 26 mart, ən gec 18 aprel tarixində keçirilməsini planlaşdırır.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində konstitusiyaya dəyişikliklər barədə müzakirələrin birinci mərhələsi bu gün başa çatıb. Təklifin yanvarın 9-da başlayan müzakirələri fasiləsiz şəkildə yeddi gün davam edib. Müzakirələrin ikinci mərhələsi isə bu ayın 18-də başlayacaq. Bu barədə SİA.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31