Ucar-Bərgüşad mənzilində 10, 6 km dəmir yolu əsaslı təmir olunur
Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, dəmir yolunun Ucar-Bərgüşad mənzilində 10, 6 km yolun əsaslı təmirinə start verilib. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqov bildirib ki, təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun sökülməsi prosesi başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.
17 Yanvar 2017 11:19 SosialAzərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, dəmir yolunun Ucar-Bərgüşad mənzilində 10, 6 km yolun əsaslı təmirinə start verilib. Əsaslı təmir işlərini 5 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqov bildirib ki, təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun sökülməsi prosesi başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkəti arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük
Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 208 km dəmir yolu əsaslı təmir olunub.