Moskva prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri və yüksək gərginlikli elektrik xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq 18 və 19 yanvar tarixlərində gecə saat 01:00-dan 03:00-a qədər Moskva prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı “Azəravtoyol” ASC-nin mətbuat xidməti yayıb. Bildirilib ki, məhdudlaşdırma həm əsas yolda (tunel), həm də köməkçi yollarda (Şamaxinka) tətbiq ediləcək. Aparılacaq qısa müddətlik təmir işləri zamanı sürücülər alternativ olaraq Bakı Dairəvi-1 avtomobil yolundan və ya Biləcəri qəsəbəsinin əsas yolundan istifadə edərək şəhərə daxil ola bilərlər.

Aparılacaq təmir işləri və yüksək gərginlikli elektrik xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq 18 və 19 yanvar tarixlərində gecə saat 01:00-dan 03:00-a qədər Moskva prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı "Azəravtoyol" ASC-nin mətbuat xidməti yayıb. Bildirilib ki, məhdudlaşdırma həm əsas yolda (tunel), həm də köməkçi yollarda (Şamaxinka) tətbiq ediləcək. Aparılacaq qısa müddətlik təmir işləri zamanı sürücülər alternativ olaraq Bakı Dairəvi-1 avtomobil yolundan və ya Biləcəri qəsəbəsinin əsas yolundan istifadə edərək şəhərə daxil ola bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31