“Qarabağ dünən, Qarabağ bugün, Qarabağ sabah” filminin təqdimatı keçirilib

Azərbaycan həqiqətlərini dünyada, xüsusən də Slavyan ölkələrində təbliğini qarşıya hədəf kimi qoyan Azərbaycan Slavyan Gəncləri Assosiasiyası daha bir layihəyə imza atmaqdadır. “OLAYLAR”-ın xəbərinə görə, belə layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Cənubi Qafqaz və Azərbaycanın ilk xəbər kanalı "Arb24”ün texniki dəstəyi ilə reallaşan "Qarabağ dünən, Qarabağ bugün, Qarabağ sabah” layihəsidir.

Azərbaycan həqiqətlərini dünyada, xüsusən də Slavyan ölkələrində təbliğini qarşıya hədəf kimi qoyan Azərbaycan Slavyan Gəncləri Assosiasiyası daha bir layihəyə imza atmaqdadır. "OLAYLAR"-ın xəbərinə görə, belə layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Cənubi Qafqaz və Azərbaycanın ilk xəbər kanalı "Arb24"ün texniki dəstəyi ilə reallaşan "Qarabağ dünən, Qarabağ bugün, Qarabağ sabah" layihəsidir. Layihə çərçivəsində Qarabağ həqiqətlərini özündə ehtiva edən qısametrajlı filmin hazırlanması qarşıya hədəf kimi qoyulub. Layihə çərçivəsində həm Bakıda, həm ölkəmizin bir sıra regionlarında, həm də Slavyan ölkələrində qısametrajlı filmin təqdimatının keçirilməsi nəzərdə tutulub. İlk təqdimat layihəsi bugün Gəncə şəhərində baş tutub. Tədbiri giriş sözü ilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov açaraq ev sahibi kimi qonaqları salamladı. M.Cəfərov son illər Gəncədə aparılan uğurlu gənclər siyasətindən danışdı: "Bugün ölkədə həyata keçirilən gənclər siyasəti həqiqətlərimizi dünya ictimaiyyətinə geniş şəkildə çatdırılmasına imkan verir" Sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək layihə çərçivəsində görülən işlərdən danışdı: " Üç ay davam edənk layihə çərçivəsində hazırladığımız videoçarx olduqca maraqlı sujetə malikdir. Qarabağ tarixinin müqayisəli təhlilinə həsr olunacaq qısametrajlı filmdə həm də bir çox tanınmış şəxslərdən müsahibələr alınıb. Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmisi Kənan Məmmədov çıxış edərək QHT-lərin bu sahədəki fəaliyyətinin vacib olduğunu deyib. Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərin təbliğində İKT-nin rolundan danışan K.Məmmədov bu istiqamətdə Gəncədə həyata keçirilən tədbirlərdən danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31