Xətai Sənət Mərkəzində 20 yanvar faciəsi

“Olaylar” – ın xəbərinə əsasən  Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının birgə təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “Azadlıq aşiqləri günü- 20 Yanvar” adlı uşaq rəsm sərgisi keçiriləcək.

"Olaylar" - ın xəbərinə əsasən  Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının birgə təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş "Azadlıq aşiqləri günü- 20 Yanvar" adlı uşaq rəsm sərgisi keçiriləcək.

Sərgi Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş "20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na uyğun olaraq açılacaq.

Tədbir çərçivəsində faciə zamanı ölkəmizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi anılacaq, onların keçdiyi ömür və qəhrəmanlıq yolunu əks etdirən sənət əsərləri nümayiş olunacaq.

Qeyd edək ki, sərgi üç gün ziyarətçilər üçün açıq olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31