Toksikoloji zəhərlənmə halları azalıb

Azərbaycan səhiyyəsinin digər sahələrində olduğu kimi toksikoloji zəhərlənmə halları ilə ölkədə mübarizə aparılır. Bu sahədə əhaliyə göstərilən tibbi xidmət sahəsində aparıcı müəssisə kimi Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə mütəmadi olaraq toksiki və qida zəhərlənmələri, ilan və əqrəb sancma kimi şikayətlərlə müraciətlər qeydə alınır.

"Olaylar" - ın Səhiyyə Nazirliyinin saytına istinadən məlumatına görə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 iyul 1980-ci il tarixli 219 №-li əmrinə əsasən 27 iyul 1982-ci ildən fəaliyyət göstərir.

Şöbənin əsas vəzifələri kəskin zəhərlənmiş və onun nəticəsində vəziyyəti ağırlaşmış xəstələrin müalicəsi və reabilitasiyası, aktiv detoksikasiya üsulları tələb edən, endogen intoksikasiyalı xəstələrin müalicəsi, şəhərin və respublikanın müalicə-profilaktika müəssisələrinə mütəxəssis məsləhətlərinin verilməsi və operativ köməklik göstərməsindən ibarətdir.

Sevindirici haldır ki, 2016-cı ildə ölkədə toksikoloji zəhərlənmə halları azalıb. Əgər 2015-ci ildə şöbəyə 2462 müraciət daxil olmuşdursa, 2016-cı ildə bu göstərici 2234 təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31