2016-cı ilin yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək

Yanvarın 19-u saat 10:30-da Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində (Natiq Əliyev küç. 4-a, Bakı Ali Neft Məktəbinin arxası ) Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə “2016-cı ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda mətbuat konfransı keçiriləcək.

Yanvarın 19-u saat 10:30-da Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində (Natiq Əliyev küç. 4-a, Bakı Ali Neft Məktəbinin arxası ) Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2016-cı ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransında iştirak etmək istəyən kütləvi informasiya vasitələrinin nümayəndələrindən yanvarın 18-i saat 14:00-dək Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Hacıyeva Züleyxa, əlaqə telefonu: (012) 404-22-00: daxili 01-32) ilə əlaqə saxlayıb qeydiyyatdan keçmələri xahiş olunur və yalnız qeydiyyatdan keçən jurnalistlərin mətbuat konfransında iştirakı təmin olunacaq.

Qeyd: Mətbuat konfransında iştirak etmək istəyən jurnalistlərdən yanvarın 19-u saat 10:00-da girişdə qeydiyyatdan keçmələri, şəxsiyyəti təsdiq edən sənədi və təmsil etdikləri media qurumu tərəfindən verilən jurnalist vəsiqəsini mütləq surətdə təqdim etmələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31