“Barselona” və “Atletiko”nun Kosta mübarizəsi
"Çelsi"nin baş məşqçisi Antonio Konte ilə münasibəti korlanan Dieqo Kosta İspaniyaya qayıda bilər. Braziliya əsilli futbolçu ilə 2 klub yaxından maraqlanır. Söhbət "Barselona" və "Atletiko"dan gedir. Madrid təmsilçisi sabiq hücumçusunu heyətinə qatmaqda maraqlıdır. Öz növbəsində "Barselona" da Kostanı transfer etmək istəyindədir. "Çelsi" rəhbərliyi isə hələ ki, bu təkliflərə cavab verməyib. Kostanın adı bir müddət öncə Çin klubları ilə birgə hallanırdı.
17 Yanvar 2017 15:09 İdman"Çelsi"nin baş məşqçisi Antonio Konte ilə münasibəti korlanan Dieqo Kosta İspaniyaya qayıda bilər. Braziliya əsilli futbolçu ilə 2 klub yaxından maraqlanır. Söhbət "Barselona" və "Atletiko"dan gedir. Madrid təmsilçisi sabiq hücumçusunu heyətinə qatmaqda maraqlıdır. Öz növbəsində "Barselona" da Kostanı transfer etmək istəyindədir. "Çelsi" rəhbərliyi isə hələ ki, bu təkliflərə cavab verməyib. Kostanın adı bir müddət öncə Çin klubları ilə birgə hallanırdı.
Qeyd edək ki, 2014-cü ildən "Çelsi"də çıxış edən Kosta "zadəganlar"ın heyətində 99 oyunda 51 qola imza atıb. Apasport.az