Tərtər məktəbliləri ilə “Gömrük və gənc nəsil” mövzusunda görüş keçirilib
Yevlax Gömrük İdarəsi “Gömrük və gənc nəsil” mövzusunda məktəblilərlə növbəti görüşü bu dəfə cəbhəyanı bölgədə təşkil edib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Tərtər şəhərindəki Gənclər Mərkəzində baş tutan tədbirdə Yevlax Gömrük İdarəsinin əməkdaşları iştirak ediblər.
17 Yanvar 2017 16:35 SosialYevlax Gömrük İdarəsi "Gömrük və gənc nəsil" mövzusunda məktəblilərlə növbəti görüşü bu dəfə cəbhəyanı bölgədə təşkil edib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Tərtər şəhərindəki Gənclər Mərkəzində baş tutan tədbirdə Yevlax Gömrük İdarəsinin əməkdaşları iştirak ediblər. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası gömrük xidmətinin yaradılmasının 25 illik yubileyilə əlaqədar yerlərdə "Gömrük və gənc nəsil" mövzusunda məktəblilərlə görüşlər keçirilir. Məqsəd gənc nəslə müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsas atributlarından biri olan milli gömrük xidmətinin yaranma tarixi və inkişaf yolu barədə bilgi verməkdir. Gömrük əməkdaşları məktəblilərə ümummilli lider Heydər Əliyevin gömrük işinin təşkil edilməsi sahəsindəki xidmətlərindən söhbət açıblar. Vurğulanıb ki, məhz dahi öndərin rəhbərliyi altında milli gömrük siyasəti formalaşmış, gömrük sahəsində qanunvericilik bazası yaradılmış, gömrük orqanları müasir avadanlıqlar və texniki vasitələrlə təchiz olunmuş, dünya standartlarına cavab verən gömrük sistemi yaradılmışdır. Hazırda isə bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və həyata keçirilən islahatlar nəticəsində Azərbaycan gömrüyü keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub.