Cəbhədə yeni əməliyyatların başlaması labüd görünür
Cəbhə bölgəsində və Tovuz istiqamətində sərhəddə Ermənistanın təxribatları nəticəsində mövqe döyüşləri davam edir. Erməni tərəfi 82 mm lik artilleriya və kiçik radiuslu od saçanlardan istifadə etməkdədir.
17 Yanvar 2017 16:23 SiyasətCəbhə bölgəsində və Tovuz istiqamətində sərhəddə Ermənistanın təxribatları nəticəsində mövqe döyüşləri davam edir. Erməni tərəfi 82 mm lik artilleriya və kiçik radiuslu od saçanlardan istifadə etməkdədir. "OLAYLAR"-ın xəbərinə görə, cəbhədə baş verən prosesləri şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, artıq, Qarabağ danışıqları mümkünsüz bir vəziyyətdədir: "Minsk qrupu da həlledici missiyasını tükədib. Sərhəddə və işğal olunmuş ərazilərdə bu kimi düşmən təxribatı davam edəcəksə, istənilən vaxt Azərbaycan düşmənə apreldən də böyük miqyasda güc tətbiq edəcək. Qeyd edim ki, problem çıxılmaz vəziyyətdədir. Diplomatik danışıqlar fayda vermir". Məhəmməd Əsədullazadə qeyd edib ki, proses Azərbaycanın hərbi əməliyyatlara başlamasına aparır. Bu yolla Ermənistanı güzəştli şərtlərlə masaya gətirmək olar: "Görünür cəbhədə yeni əməliyyatların başlaması labüd görünür. Türkiyə -Rusiya yaxınlaşması, artıq erməniləri narahat edir. Düşmən tərəfi sərhəddə təxribatlar etməklə, sülh ümidlərinə qarşı çıxır. Müharibə başlayarsa, Ermənistan da siyasi böhran dərinləşəcək. Ölkədə artıq sülh partiyaları yaranıb və siyasi cameə iki cəbhəyə ayrılıb. Azərbaycan da isə xalqın, hakimiyyətin və siyasi partiyaların yekdil mövqeyi daima olub və Qarabağ məsələsində ortaq mövqe nümayiş etdirilib"