Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac rəqabətli olub

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 17 yanvar tarixində növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, açıq və şəffaf şəraitdə keçirilən bu dəfəki hərracda prosesi izləmək istəyən media nümayəndələri və vətəndaşlar da iştirak edib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 17 yanvar tarixində növbəti hərrac keçirilib. Komitədən "Olaylar"a verilən məlumata görə, açıq və şəffaf şəraitdə keçirilən bu dəfəki hərracda prosesi izləmək istəyən media nümayəndələri və vətəndaşlar da iştirak edib. Həmin gün regionlarda keçirilən hərracların gedişatı da böyük monitorlar vasitəsilə canlı izlənilib. Baş tutan bu hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrinin 6-sı paytaxtın Səbail, Nizami və Xətai rayonlarında yerləşir. Bu obyektlərin sahəsi 15-80 kv.m. arasında dəyişir. Hərracda 55 min manata özəlləşdirilmiş istehsalat binasının yarımçıq tikilisi Göygöl rayonunda yerləşir. Regionlarda satılan əmlaklar sırasında 3 yanacaqdoldurma məntəqəsi də olub ki, bunlardan biri Şəkidə digər ikisi isə Tovuzda yerləşir. Bu məntəqələr torpaq sahəsi ilə birlikdə özəlləşdirilib. Belə hərracların rəqabətli olması da digər diqqətçəkən məqamdır. Belə ki, müxtəlif tarixlərdə baş tutan bir çox hərraclarda neçə-neçə qeyir-yaşayış sahəsi və ya kiçik dövlət müəssisəsinə, eləcə də səhmdar cəmiyyətləri və nəqliyyat vasitələrinə sifariş sayının çox olması hərracda rəqabətə səbəb olur. Bu isə özəlləşdirmə prosesinə və hərraclara olan marağın və bu prosesdə aktivliyin birbaşa göstəricisidir. Rəqabət isə öz növbəsində əmlakın dəyərini artırmaqla dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına səbəb olur. Bu il isə intensiv özəlləşdirmə prosesində daha da böyük məbləğdə büdcəyə daxilolmalar proqnozlaşdırılır. Çünki, ötən il dövlət başçısının məlum Fərmanı və Nazirlər Kabinetinin Sərəncamı ilə ümumilikdə 352 yeni dövlət müəssisə və obyekti özəlləşməyə açılıb. Bununla bağlı siyahılar komitənin internet informasiya resurslarında həm Azərbaycan, həm də ingilis dilində açıqlanıb. İl ərzində həmin əmlakların da hərrac, investisiya müsabiqəsi və ya digər özəlləşdirmə üsulları ilə dövlətsizləşdirilməsi və büdcəyə milyonlarla vəsaitin köçürülməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31