Dövlət Komitəsində fransız yazıçısı ilə görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Strasburq şəhərində fəaliyyət göstərən “Beynəlxalq Reyn Dərnəyi”nin prezidenti, fransız yazıçısı Jerar Kardon ilə görüşü keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, Azərbaycan qadını barədə bədii əsər yazmaq məqsədi ilə ölkəmizdə səfərdə olan fransız yazıçısı ölkəmizin həyat tərzi ilə tanışlıq, məlumatların yerində toplanılması məqsədi ilə bir sıra görüşlər həyata keçirir.
17 Yanvar 2017 16:26 SosialAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Strasburq şəhərində fəaliyyət göstərən "Beynəlxalq Reyn Dərnəyi"nin prezidenti, fransız yazıçısı Jerar Kardon ilə görüşü keçirilib. Komitədən "Olaylar"a verilən məlumata görə, Azərbaycan qadını barədə bədii əsər yazmaq məqsədi ilə ölkəmizdə səfərdə olan fransız yazıçısı ölkəmizin həyat tərzi ilə tanışlıq, məlumatların yerində toplanılması məqsədi ilə bir sıra görüşlər həyata keçirir. Komitə sədri Hicran Hüseynova Azərbaycanda qadınların hüquqlarının qorunması, bu sahədə mövcud olan qanunvericilik bazası, qadınlarımızın hər bir sahədə fəal təmsil olunması, onların əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumatları diqqətə çatdırıb. Görüş çərçivəsində gender bərabərliyi və qadın hüquqlarının qorunması, gender siyasətinin inkişaf etdirilməsi, qadınların dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, ölkəmizdə qadın sahibkarlığının inkişafı və bir sıra məsələlər müzakirə edilib.