Gündəm

Türkiyə Səfirliyinin müşaviri Mətbuat Şurasında olub

30 Yanvar 2017 17:43

Bu gün Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Azərbaycan Mətbuat Şurasında olub.

Ombudsman Gənclər günü ilə bağlı tədbir keşirib

30 Yanvar 2017 17:37

Ombudsmanın Cəlilabad Regional Mərkəzi 2 fevral - Gənclər günü ilə bağlı Cəlilabad Tibb Məktəbində və Regional Mərkəzdə tədbirlər keçirib. “Olaylar” xəbər verir ki, tədbirlərdə yerli icra hakimiyyətinin, digər dövlət orqanlarının, idarə və müəssisələrin əməkdaşları, bələdiyyə üzvləri və fəal gənclər iştirak ediblər.

Aqil Abbas: Seyid Məhəmməd Ağa həccə niyə getmədi?

30 Yanvar 2017 17:38

Ağcabədidə mənim doğulduğum kənddə bir Seyid Məhəmməd ağa yaşayır. Laçınlıdı. İşğaldan sonra Ağcabədiyə pənah gətirib. Və nədənsə bizim kəndi seçib, Bayatın Hacılarını. Kəndimizdə Qarabağın ən şöhrətli seyidlərindən biri Seyid Heydər ağanın ocağı var, bəlkə ona görə. Bəlkə kəndimiz Ağdama daha yaxındır ona görə. Bu nurani qoca çox böyük hörmət-izzət sahibidi. Nə qədər etiraz eləsə də, kim onunla rastlaşsa əlindən öpür. Mən də həmişə onun əlindən öpərəm, o da mənim alnımdan öpər.

Gömrükçülər 9016 hüquqpozma faktı aşkar ediblər

30 Yanvar 2017 17:34

2016-cı il ərzində qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində gömrük orqanları tərəfindən 9016 hüquqpozma faktı aşkar edilib. Bu faktların 513-ü cinayət xarakterlidir. “Olaylar” Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, bunu DGK sədri Aydın Əliyev bildirib. Komitə sədri qeyd edib ki, bu sırada narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı faktlar əsas yerdədir.

İsmayıllı İdman Olimpiya Kompleksi 53 Kompleks arasında birinci oldu

30 Yanvar 2017 17:32

Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi, Azərbaycan idman jurnalistləri Assosiasiyası və “Sportsman” jurnalı 2016 –cı ilin yekunlarına görə İsmayıllı Rayon Olimpiya İdman Kompleksini “İlin Olimpiya Kompleksi” elan edib, “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumat Rayon İcra Hakimiyyətindən verilib. Bildirilib ki, kompleks “Zəfər” Beynəlxalq idman mükafatına layiq görüb. Fəxri fərmanı nazir Azad Rəhimov, Assosiasiyanın prezidenti Eldar İsmayılov və jurnalın baş redaktoru Rəşad Qəmərşahoğlu imzalayıblar. Qeyd edək ki, İsmayıllı Olimpiya İdman Kompleksi 53 Olimpiya İdman Kompleksi sırasında birinci yer tutub.

Mədəniyyət və Turizm Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

30 Yanvar 2017 17:31

Yanvarın 30-da Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 11 ili tamam olur. Bu münasibətilə nazirliyin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Ulu öndərin məzarı önünə tər güllər qoyulub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, həmçinin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

İlham Əliyev: "Bizim təcrübəmizi indi bir çox ölkələr istifadə edir, bizi nümunə kimi göstərirlər"

30 Yanvar 2017 17:28

"Bizim təcrübəmizi indi bir çox ölkələr istifadə edir, bizi nümunə kimi göstərirlər". Bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti: "2016-cı ildə ümumi iqtisadi inkişaf müsbət qiymətləndirilməlidir"

30 Yanvar 2017 17:03

"2016-cı ildə ümumi iqtisadi inkişaf müsbət qiymətləndirilməlidir". Bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

İlham Əliyev: "Bizim valyuta ehtiyatlarımız iqtisadi imkanlarımızı, iqtisadi müstəqilliyimizi möhkəmləndirən amildir"

30 Yanvar 2017 17:02

"Bizim valyuta ehtiyatlarımız iqtisadi imkanlarımızı, iqtisadi müstəqilliyimizi möhkəmləndirən amildir". Bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Prezident İlham Əliyev: ""Cənub Qaz Dəhlizi" Azərbaycanın liderliyi hesabına icra edilir"

30 Yanvar 2017 16:59

"Cənub Qaz Dəhlizi" Azərbaycanın liderliyi hesabına icra edilir. Bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Regional Konfrans çərçivəsində sahibkarlarla müzakirələr aparılıb

30 Yanvar 2017 16:58

 Yanvarın 30-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş Konfrans çərçivəsində İqtisadiyyat, Vergilər, Kənd Təsərrüfatı nazirlərinin və Dövlət Gömrük Komitəsi sədrinin iştirakı ilə sahibkarlarla görüş keçirilib.

Qoşunlarda yeni tədris dövrü başlanıb

30 Yanvar 2017 16:56

Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri və idarəetmə orqanlarında yeni tədris dövrü başlayıb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, ordumuzun qarşısında qoyulan tapşırıqlar Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına uyğun olaraq quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə yerinə yetiriləcək.

Arzu Rəhimov Astarada vətəndaşları qəbul edəcək

30 Yanvar 2017 16:56

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Astara rayonunda vətəndaşları qəbul edəcək. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, fevralın 16-da baş tutacaq qəbul Xidmətin Astara rayon şöbəsinin inzibati binasında keçiriləcək. Qəbulda Lənkəran şəhərinin, Astara, Lerik və Yardımlı rayonlarının sakinləri iştirak edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 14.02.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon, şəhər şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Azərbaycan mətbuatı inkişaf dövrünü yaşayır

30 Yanvar 2017 16:53

Məlum olduğu kimi demokratik cəmiyyətlərin hərtərəfli inkişafı üçün zəruri olan əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Azad mətbuat, azad söz demokratiya və aşkarlığın, insan haqlarının mühüm amillərindən sayılır.

Cocuq Mərcanlı kəndinin yenidən qurulması tarixi hadisədir

30 Yanvar 2017 16:49

Yanvarın 30-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib.