Gündəm
Paytaxtda 10 dilənçi saxlanıb
Səbail RPİ əməkdaşları tərəfindən son 2 gündə rayon ərazisində dilənçiliklə məşğul olan 10 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, saxlanıblan şəxslərin barələrində müvafiq tədbir görülüb.
Maşına sərnişin qismində oturan quldur çıxdı
Suraxanı rayonunda quldurluqla məşğul ola şəxs saxlanıb.DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də Bakı şəhər sakini Rəhman Şıxıyevin idarə etdiyi "Nissan" markalı avtomobilə sərnişin qismində oturub onu bıçaqla hədələyərək 219 manat pulunu almaqda şübhəli bilinən paytaxt sakini tutukub. Araşdırma zamanı onun onun əvvəllər məhkum olunmuş Vasif Qədimov olduğu müəyyən edilib.
Heyvanların mühafizəsi sahəsində 228 akt və 136 protokol tərtib olunub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Olaylar” – a verdiyi məlumata əsasən ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2016-cı il ərzində ölkə ərazisində heyvanların mühafizəsi üzrə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
İSİM-də tütünlə mübarizəyə dair dəyirmi masa
30 yanvar tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Keçmiş məhkumlardan ibarət dəstə zərəsizləşdirlib
Xəzər rayonunda evləri qarət edən şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-20-də rayon ərazisindəki evlərdən birindən 3 ədəd televizor oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Aydın Xudaverdiyev və Ceyhun Babayev tutulublar. Araşdırma zamanı onların əvvəllər məhkum olunmaları müəyyən edilib.
Yazıçı Kamal Abdullanın yeni kitabı işıq üzü görüb
“Edam vaxtını dəyişmək olmaz” adlı kitabda müəllifin çap olunmuş və çap olunmamış hekayələri yer alıb. Onları birləşdirən bədii-estetik xətt mahiyyət etibarilə, müəllifin bütün bədii yaradıcılığından keçir.
Bakı sakinlərindən 2 ədəd tüfəng götürülüb
Bakı səhər sakinindən odlu silah götürülüb. DİN-dən verilən məlumata görə, Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Müzəffər Əhmədovdan və Bumn qəsəbə sakini Alamməd Alənnədovdan müvafiq sənədləri olmayan 2 ədəd "TOZ-16" markalı tüfənglər götürülüb. Araşdırma aparılır.
Avtomobil pilləkənə çırpıldı, 1 nəfər öldü, 1-i yaralandı
Yanvarın 30-na keçən gecə Salyan rayonunun Kürqaraqaşlı kəndində şəhər sakini Elvin Qasımov idarə etdiyi "Lada-Priora" markalı avtomobili yolun kənarındakı mağazanın pilləkəninə vurub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib. Salyan RPŞ tərəfindən araşdırma aparılır.
Prezident İlham Əliyev Avropa Komissiyasının baş direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Ermənistan yenə əndazəni aşır
Rəsmi İrəvan növbəti dəfə yalan kampaniyasına baş vurub. O, Hamburqda ATƏT-in növbəti sammitindən sonra ağırlaşmış vəziyyətini düzəltmək üçün Azərbaycana qarşı "qara piar" fəaliyyətinə başlayıb. Danışıqlar prosesinin dalana dirənməsində Azərbaycan hakimiyyətini günahlandıran ermənilər heç bir ədalət sərhədini gözləmədən reallığı təhrif edirlər. Qəribədir ki, bu məqamda da erməni işğalçılarına himayədarlıq etməyə çalışan dövlətlər meydana çıxır. Onlar işğalçıdan zəbt etdiyi ərazilərdən çıxmağı tələb etmək əvəzinə, Azərbaycanı nələrdəsə ittiham etməyə çalışırlar. Təəssüf doğuran haldır. Bunlara baxmayaraq, Azərbaycan rəhbərliyi danışıqları davam etdirməyə hazır olduğunu bəyan edir, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi zərurətini vurğulayır.
Akif Çovdarov: "Aclıq aksiyasına başlayacağam" - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Politoloq: “Azərbaycanın inkişafı Sarkisyanın fikirlərinə təsir edir”- MÖVQE
“Ermənistan prezidentinin “müharibə münaqişənin həllinə heç nə verməyəcək” fikri referendum seçkisi ərəfəsində daxili auditoriyaya hesablanıb”. Bunu politoloq Cümşüd Nuriyev deyib.
ABŞ 7 ölkə vətəndaşlarına müraciət etdi: Viza istəməyin!
Birləşmiş Ştatların Almaniyadakı səfirliyi İraq, İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına ABŞ vizası almaq üçün müvəqqəti olaraq sənəd təqdim etməməyi tövsiyə edib.
Azərbaycanın qış mənzərələri sərgidə
START layihəsi çərçivəsində istedadlı fotoqrafların inkişafı üçün Arts Council Azerbaijan qeyri-hökumət təşkilatı “Azərbaycan qış mənzərələri” fototolarda adlı sərgi təşkil edir. Layihə Arts Council Azerbaijan təşkilatının və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən yaradılıb.
Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.














