İSİM-də tütünlə mübarizəyə dair dəyirmi masa
30 yanvar tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
30 Yanvar 2017 16:40 Sosial30 yanvar tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Bu dəfə tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi sahəsində müvafiq işlərin istiqamətləndirilməsi üçün yaradılmış Texniki Məsləhətçi Qrup (TMQ) media nümayəndələrini bir araya toplayaraq onlarla bərabər tütün istehlakının zərərli təsiri barədə ictimaiyyətə düzgün məlumatları çatdıracaq, tütün epidemiyasına qarşı aparılan mübarizənin təməlini təşkil edən məqsədyönlü siyasətin formalaşdırılması istiqamətlərini açıqlayıblar. Bu da öz növbəsində "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya"nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planına əsasən mövcud qanunvericiliyin "Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası"nın həyata keçirilməsi məqsədi ilə mövcud qanunvericiliyin gücləndirilməsi isiqamətində atılan daha bir addım olmuşdur. Tədbirdə media nümayəndələrin diqqətinə "Azərbaycanda tütünlə mübarizə qanunvericiliyin gücləndirilməsi" layihəsinin məqsəd və vəzifələri, dünyada və Azərbaycanda qeyri-infeksion xəstəliklər yükü, tütün epidemiyasının problemləri, prioritetləri və nailiyyətləri haqda məlumatlar çatdırılıb.