Mədəniyyət və Turizm Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib
Yanvarın 30-da Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 11 ili tamam olur. Bu münasibətilə nazirliyin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Ulu öndərin məzarı önünə tər güllər qoyulub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, həmçinin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
30 Yanvar 2017 17:31 SosialYanvarın 30-da Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 11 ili tamam olur. Bu münasibətilə nazirliyin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Ulu öndərin məzarı önünə tər güllər qoyulub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, həmçinin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Qeyd edək ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının bəzi nazirliklərinin yenidən təşkil edilməsi haqqında" 30 yanvar 2006-cı il tarixli fərmanına əsasən Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilərək Mədəniyyət və Turizm Nazirliyi, habelə Gənclər və İdman Nazirliyi yaradılıb.