Gündəm

İstanbulda daha bir məşhur restorana SİLAHLI BASQIN - Ölən və yaralılar var

30 Yanvar 2017 18:13

İstanbulun Anadolu Hisarında bir restorana silahlı hücum təşkil edilib. Bir nəfərin öldüyü və yaralıların olduğu bildirilir.

20 Yanvar dairəsində "avtomobil müharibəsi"nə son qoyulur

30 Yanvar 2017 18:11

Bakının 20 Yanvar dairəsində avtonəqliyyat vasitələrinin hərəkətinə dəyişiklik edilə bilər. Həmin ərazidə hərəkətin işıqforlarla tənzimlənməsi nəzərdə tutulur və artıq bir neçə işıqfor quraşdırılıb.

Təhsil haqqı borcu olan tələbələr üçün İMKAN

30 Yanvar 2017 18:09

Fevralın 1-dən "Maarifçi" Tələbə Kredit Fondu təhsil krediti almaq istəyən tələbələr üçün növbəti elan sessiyasına start verir.

"Həkim xəstəyə ehtiyacı olmayan xidməti göstərsə, maaşı verilməyəcək..."

30 Yanvar 2017 18:08

"Fevral ayından xəstəxanalara maliyyələşməni göstərdiyi xidmətə görə verəcəyik. Yəni bir həkimə nə qədər xəstə müraciəti olacaqsa, ona uyğun əmək haqqı formalaşacaq". Bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

Türkmənlərin qırıldığı yer AŞKARLANDI

30 Yanvar 2017 18:06

İraq ordu qüvvələri Mosulun cənubunda İraq türkmənlərinə məxsus kütləvi məzarlıq aşkar edib.  Məzarlıqdan 27 meyit tapılıb. 

Trampa çox önəmli XƏBƏRDARLIQ

30 Yanvar 2017 18:04

İslam Əməkdaşlıq Təşkilatı (İİT) ABŞ prezidenti Donald Trampın əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan yeddi ölkə üçün nəzərdə tutulmuş viza qadağasıyla bağlı sərt reaksiya verib.

Dilqəm Əsgərov və Şahbaz Quliyevdən XƏBƏR VAR

30 Yanvar 2017 18:04

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova  bildirib ki, başçəkmə ötən həftə baş tutub. BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailələrindən məlumatlar çatdırıb, onlardan da ailələri üçün məlumat alıblar.

Müdafiə Nazirliyinin 2 mindən çox əməkdaşı işdən çıxarıldı - Gürcüstanda

30 Yanvar 2017 18:00

Gürcüstan Müdafiə Nazirliyindən 2250 nəfər işdən azad edilib. Bu, nazirliyin kadrların optimallaşdırılması və yenidən təşkilatlanması tədbirləri çərçivəsində həyata keçirilir.

“Muğam ifa edəndə özümü səmada hiss edirəm”

30 Yanvar 2017 18:00

Onu xüsusi tanıtmağa fikrimizcə ehtiyac yoxdu. Səhnəmizin düyməcik gözəlini, məlahətli səs sahibini, özünəməxsus səhnə hərəkətləri olan bu bəstəboy gözəli. 2011 – ci il keçirilən Televiziya Muğam Müsabiqəsinin qalibi Kamilə Nəbiyevanı. Onunla müsahibəyə bir az uzaqdan başladıq.

Deputat: “Köçkünlər müavinətin əlavə hissəsini digər ehtiyaclarına xərcləyə biləcəklər”

30 Yanvar 2017 17:58

 Milli Məclisin deputatı Mirzəcan Xəlilov bildirib ki, ölkə Prezidentinin imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərman birmənalı şəkildə məcburi köçkün soydaşlarımızın maraqlaranın qorunmasına və onların sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.

Yanacaqdoldurma məntəqəsi, çay fabriki və restoran hərraca çıxarıldı

30 Yanvar 2017 17:57

Əmlak Məsələləri Dövlət Komitəsi 28 fevral 2017-ci il tarixinə yeni hərrac elan edib və bu hərraca ümumilikdə 75 dövlət əmlakını özəlləşdirmək təklif olunur.

Fazil Məmmədov: “Artıq vergi ödəmələri ləğv olunacaq”

30 Yanvar 2017 17:54

“Tezliklə artıq vergi ödəmələri ləğv oluna bilər”. Bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda vergilər naziri Fazil Məmmədov deyib. “Cənab prezidentin verdiyi qanunvericilik aktlarına və mənə verdiyi şifahi göstərişlərə əsasən artıq ödəmələr sistemi tezliklə ləğv olunacaq. Amma qanunvericilikdə nəzərdə tutulanlar istisna olmaqla” – deyə, F. Məmmədov bildirib.

Prezidentin müşavirəsində Əhəd Abıyevə qara xəbər verildi

30 Yanvar 2017 17:49

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Daşkəsənin rayonunun icra başçısı Əhəd Abıyevin halı qəfil pisləşib.

Barama layihələri AWITA 2017 mükafatını qazandı

30 Yanvar 2017 17:47

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin uğurları davam edir. Mərkəzin 2 layihəsi Azərbaycanda ilk dəfə təqdim edilən “Femmes Digitales — Azerbaijani Women in IT Club”-ın (AWIC) təşkilatçılığı ilə “Azerbaijan Women in IT Award — AWITA 2017” mükafatına layiq görülüb. Aytac Ağabəyli və Gunay Abdullayevanın təsis etdiyi “TechSos” layihəsi “İlin startapı” nominasiyasında, “Wowoman TechTech xanim” layihəsi isə  "İT Sahəsində ilin qrupu / İT təhsil Proqramı /İT Təhsil Layihəsi” nominasiyasında qalib adını qazanıb. 15 mükafatlandırma kateqoriyası üzrə seçilən qaliblərin təltifat mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutub. Qeyd edək ki, qalibləri müxtəlif dövlət strukturları, İKT sahəsində fəaliyyət göstərən şirkətlər, universitetlər və kütləvi informasiya vasitələrinin nümayəndələrinin təmsil olunduğu peşəkar münsiflər heyəti seçib. 

Deputat: "Prezidentin çıxışı bir daha ona qəti əminlik yaratdı..."

30 Yanvar 2017 17:46

"Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqi, geniş məzmunlu və əhatəli çıxışı tarixi əhəmiyyətli, ölkəmizin gələcək inkişaf yoluna işıq salacaq bir çıxışdır". Bunu millət vəkili Eldəniz Səlimov dilə gətirib.