Gündəm
Məşhur serialın kulisindən saxta dollar oğurladılar
Star TV-də yayımlanan "Cesur ve Güzel" serialının çəkiliş meydançasında oğurluq hadisəsi baş verib. Tuzlu ərazisində ekran işində istifadə olunan 100 min saxta dollar oğurlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, çəkilişlərə bir gün ara verilib.
Öldürməsəydi, 46 il daha yaşayacaqdı - ŞOK HESABAT
Türkiyəni sarsıdan satanist cinayətində 1999-cu ildə 19 yaşında öldürülən Şehriban Coşqunfıratın ailəsinin üç şübhəli əleyhinə açdığı 211 min lirəlik təzminat iddiasında bir ekspert şok hesabat təqdim edib.
Boşanmış aktrisa yeni sevgilisinə xəyanət etdi
Türkiyənin tanınmış aktrisası Gamze Topuz sevgilisinə xəyanət edib. 2015-ci ildə ərindən boşanan aktrisa 5 ay öncə Demirhan Çemberci ilə sevgili olub. İlk münasibətindən bir qızı olan aktrisa bir neçə gün əvvəl Demirhana xəyanət edib. O, hazırda Tümer Metin ilə eşq yaşayır.
Çin klubunun son hədəfi Runi oldu
Rekord transfer qiymətləri ilə gündəmdən düşməyən Çin Liqasının son hədəfi Ueyn Runi olub. İngiltərə mətbuatı Çinin adı açıqlanmayan klubunun "Mançester"li futbolçu üçün 60 milyon avroluq təklif irəli sürdüyünü yazıb. 31 yaşlı futbolçunun təklifi isti qarşıladığı bildirilib.
Ronaldu komandasının azarkeşlərini təhqir etdi: "Küçüklər"
Madrid "Real"ının futbolçusu Kriştianu Ronaldu komandasının azarkeşlərini təhqir edib. Bu, La Liqanın XX turu çərçivəsində "Real Sosyedad"la oyunun gedişində baş verib.
Trend-in əməkdaşı Dövlət Gömrük Komitəsinin döş nişanı ilə təltif olunub
Trend-in Baş redaktorunun iqtisadi informasiyalar üzrə müavini İlahə Məmmədli Dövlət Gömrük Komitəsinin "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" döş nişanı ilə təltif olunub.
1 ayda 10 kq arıqladan təsirli ÜSUL
Artıq çəki yalnız zahiri qüsur deyil, eyni zamanda sağlamlığınız üçün mühüm problemlər deməkdir. Bu, ürək, diabet, qaraciyər xəstəliklərinin yaranmasına səbəb ola bilər. Buna görə də onunla vaxtında və dərhal mübarizə aparmaq lazımdır.
Kristian Danielson: “Azərbaycan rəhbərliyi Aİ ilə tərəfdaşlığın prioritetlərinə müsbət yanaşır”
“Biz bu gün Azərbaycan rəhbərliyi ilə Aİ-Azərbaycan tərəfdaşlıq prioritetlərini müzakirə etdik”.
Avrokomissiya: "Aİ Azərbaycanla əlaqələri genişləndirməyə çalışır"
Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielson ADA universitetində "Aİ və Azərbaycan arasında əməkdaşlığın qlobal kontekstdə çağırışları və imkanları" mövzusunda mühazirə oxuyub.
Ərdoğanla Putinin görüş vaxtı AÇIQLANDI
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin bu ilin martın əvvəlində görüşəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Musiqili Teatrın fevral repertuarı zəngindi
Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümün fevral ayı üçün repertuar planını açıqlayıb. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu“Olaylar” – a bildirib ki, Dövlət Musiqili Teatrı bu ay da zəngin və maraqlı repertuarla çıxış edəcək. Ay ərzində tamaşaçıların böyük maraq və sevə-sevə izlədiyi tamaşalar - “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), “999-cu gecə” (F. Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), “www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), “Toya bir gün qalmış” (Ə. Səmədli), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov) və başqa tamaşalar nümayiş olunacaq. Habelə rusdilli və balaca tamaşaçılar “Silva” (İ. Kalman), “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Bir dayan, canavar!” (R. Ağayeva, A. Xayt, A. Kurlyandski), “Düyməcik” (H.K. Anderson), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Meşə çaqqalsız olmaz” (Ə. Səmədli), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və başqa səhnə əsərlərini izləyə biləcəklər.
Kərim Kərimovun 100 illik yubileyi keçiriləcək
Prezident İlham Əliyev Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri təltif edilib
Prezident İlham Əliyev Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Gənclərlə iş sahəsində fərqlənən şəxslər təltif edilib
Prezident İlham Əliyev Azərbaycanda gənclərlə iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Suriyada atəşkəs ləğv olunur? - Qruplaşmalardan biri rejimi tərk etdi
Suriyada hökumət qüvvələri ilə atəşkəs sazişini imzalamış silahlı qruplaşmalardan biri "Ceyş əl-İzza" atəşkəs rejimindən çıxdığını elan edib. Bu barədə qruplaşma yanvarın 29-u sosial şəbəkələr vasitəsilə elan edib. Onlar bu addımı Suriya ordusu və Rusiya təyyarələrinin atəşkəsi pozması ilə izah ediblər.













