Kristian Danielson: “Azərbaycan rəhbərliyi Aİ ilə tərəfdaşlığın prioritetlərinə müsbət yanaşır”
“Biz bu gün Azərbaycan rəhbərliyi ilə Aİ-Azərbaycan tərəfdaşlıq prioritetlərini müzakirə etdik”.
30 Yanvar 2017 18:43 Siyasət"Biz bu gün Azərbaycan rəhbərliyi ilə Aİ-Azərbaycan tərəfdaşlıq prioritetlərini müzakirə etdik". Bunu Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları məsələləri üzrə baş direktoru Kristian Danielson deyib. O, Azərbaycan tərəfinin prioritetlərə müsbət reaksiya verdiyini bildirib: "Bu prioritetlər əsasında Azərbaycanla birlikdə bir neçə il görəcəyimiz işlərin əsas elementlərini müəyyənləşdiririk. Biz prosesə bu gün başladıq və əminəm ki, bu sahədə tezliklə razılaşma əldə edəcəyik. Burada əlaqələrimizin gələcək inkişafı və zənginləşdirilməsi ilə bağlı yaxşı müzakirələr oldu. Hər iki tərəfin bunda güclü marağı var". Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31