Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üzvlərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsinlər:

Qritçenko Aleksandr Aleksandroviç
Səttarova Fatma Hüseyn qızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31