Trend-in əməkdaşı Dövlət Gömrük Komitəsinin döş nişanı ilə təltif olunub
Trend-in Baş redaktorunun iqtisadi informasiyalar üzrə müavini İlahə Məmmədli Dövlət Gömrük Komitəsinin "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" döş nişanı ilə təltif olunub.
30 Yanvar 2017 18:52 SosialTrend-in Baş redaktorunun iqtisadi informasiyalar üzrə müavini İlahə Məmmədli Dövlət Gömrük Komitəsinin "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" döş nişanı ilə təltif olunub.
Döş nişanını İ.Məmmədliyə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev təqdim edib.
Döş nişanı Trend-in əməkdaşına gömrük əməkdaşlığının inkişafında və digər dövlətlərin gömrük xidmətləri ilə əlaqələrin möhkəmləndirilməsində şəxsi əməyinə görə Dövlət Gömrük Komitəsi sədrinin 25 yanvar 2017-ci il tarixli əmri əsasında verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31