Prezidentin müşavirəsində Əhəd Abıyevə qara xəbər verildi
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Daşkəsənin rayonunun icra başçısı Əhəd Abıyevin halı qəfil pisləşib.
30 Yanvar 2017 17:49 Sosial"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Daşkəsənin rayonunun icra başçısı Əhəd Abıyevin halı qəfil pisləşib. Məlumata görə, konfransın birinci hissəsi başa çatdıqdan sonra icra başçısının zaldan çıxarkən qəfil aldığı xəbər nəticəsində halı pisləşib. İcra başçısı saytımıza açıqlamasında bildirib ki, iclasdan çıxarkən zəng gəlib və ona böyük qardaşının ölüm xəbəri verilib:"Böyük qardaşım İbrahim Abıyevi 75 yaşında itirdim. Halım pisləşdi, hazırda mərasim yerindəyəm, qardaşımı dəfn edirik".
Qeyd edək ki, İbrahim Abıyev 1942-ci ildəndir. 75 yaşı var.
Allah rəhmət etsin!