Gömrükçülər 9016 hüquqpozma faktı aşkar ediblər

2016-cı il ərzində qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində gömrük orqanları tərəfindən 9016 hüquqpozma faktı aşkar edilib. Bu faktların 513-ü cinayət xarakterlidir. “Olaylar” Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, bunu DGK sədri Aydın Əliyev bildirib. Komitə sədri qeyd edib ki, bu sırada narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı faktlar əsas yerdədir.

2016-cı il ərzində qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində gömrük orqanları tərəfindən 9016 hüquqpozma faktı aşkar edilib. Bu faktların 513-ü cinayət xarakterlidir. "Olaylar" Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, bunu DGK sədri Aydın Əliyev bildirib. Komitə sədri qeyd edib ki, bu sırada narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı faktlar əsas yerdədir. Belə ki, gömruk sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən görülmüş qətiyyətli tədbirlər nəticəsində 2016-cı il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 130 fakt aşkar olunmuşdur. Bu faktlar üzrə ümumilikdə 1 ton 136 kq 153 qram narkotik vasitə və psixotrop maddələr, o cümlədən 1 ton 113 kq 998 qram heroin, 6 kq 789 qram tiryək, 3 kq 881 qram marixuana, 11 kq 324 qram həşiş, 30,697 qram metadon və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb. Dövlət Gömrük Komitəsinin qaçaqmalçılıqla mübarizənin gücləndirilməsi və narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının vaxtında alınması məqsədilə bu gün sərhəd-keçid məntəqələri müasir tipli zəruri rentgen aparatları və digər aidiyyəti üzrə cihaz və avadanlıqlarla təchiz olunub. Bu isə gömrük hüquqpozmalarına qarşı mübarizə işinə öz töhfəsini verir: "Xüsusilə qeyd edim ki, 2016-cı ildə Azərbaycan gömrükçüləri narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində bir neçə uğurlu əməliyyat həyata keçiriblər. Ötən il martın 17-də Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda aparılan yoxlama zamanı Azərbaycandan tranzit yolla keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına daşınan kişmiş yükünün içindən 468 kq-dan artıq heroin aşkar olunub. Bunun ardınca, aprelin 16-də Astara Gömrük İdarəsində aparılan yoxlama nəticəsində də Azərbaycandan tranzit yolla keçməklə İran İslam Respublikasından Belçikaya daşınan kişmiş yükünün içindən 506 kq 095 qram heroin aşkar edilib. Avqustun 14-də isə Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycandan tranzit yolla keçməklə İran İslam Respublikasından Gürcüstana, oradan isə Ukraynaya getməli olan yük maşınından 137 kq-dan artıq heroin aşkar olunaraq götürülüb". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31