Ombudsman Gənclər günü ilə bağlı tədbir keşirib

Ombudsmanın Cəlilabad Regional Mərkəzi 2 fevral - Gənclər günü ilə bağlı Cəlilabad Tibb Məktəbində və Regional Mərkəzdə tədbirlər keçirib. “Olaylar” xəbər verir ki, tədbirlərdə yerli icra hakimiyyətinin, digər dövlət orqanlarının, idarə və müəssisələrin əməkdaşları, bələdiyyə üzvləri və fəal gənclər iştirak ediblər.

Ombudsmanın Cəlilabad Regional Mərkəzi 2 fevral - Gənclər günü ilə bağlı Cəlilabad Tibb Məktəbində və Regional Mərkəzdə tədbirlər keçirib. "Olaylar" xəbər verir ki, tədbirlərdə yerli icra hakimiyyətinin, digər dövlət orqanlarının, idarə və müəssisələrin əməkdaşları, bələdiyyə üzvləri və fəal gənclər iştirak ediblər. Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış edərək bildirib ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Qeyd olunub ki, Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, Ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürülüb. 2 fevral 1996-cı ildə Ulu öndərin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib, 1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə Ümummilli lider Heydər Əliyev 2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi məqsədilə təsdiq etdiyi Dövlət proqramları gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31