Arzu Rəhimov Astarada vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Astara rayonunda vətəndaşları qəbul edəcək. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, fevralın 16-da baş tutacaq qəbul Xidmətin Astara rayon şöbəsinin inzibati binasında keçiriləcək. Qəbulda Lənkəran şəhərinin, Astara, Lerik və Yardımlı rayonlarının sakinləri iştirak edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 14.02.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon, şəhər şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Astara rayonunda vətəndaşları qəbul edəcək. "OLAYLAR"-ın Xidmətə istinadən verdiyi xəbərə görə, fevralın 16-da baş tutacaq qəbul Xidmətin Astara rayon şöbəsinin inzibati binasında keçiriləcək. Qəbulda Lənkəran şəhərinin, Astara, Lerik və Yardımlı rayonlarının sakinləri iştirak edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 14.02.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon, şəhər şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31