Gündəm

Yollar buz bağlayacaq

1 Fevral 2017 13:48

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin “Olaylar” – a  verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında fevralın 02-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində zəif qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Ukraynanın "Eurovision" loqosu qalmaqal yaratdı: xalta və kruasana bənzəyir

1 Fevral 2017 13:42

Ukraynanın bu il ev sahibliyini edəcəyi "Eurovision" üçün seçdiyi loqo qalmaqal yaradıb.  "Eurovision" mahnı müsabiqəsində ötən il birinci olan Ukrayna mayda təşkil olunacaq müsabiqə üçün düşündürücü loqo seçib.

Bakı Media Mərkəzi IV İslam Həmrəyliyi Oyunlarında əsas TV yayım xidmətlərini təmin edəcək

1 Fevral 2017 13:40

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) Bakı 2017 İslam Həmrəyliyi Oyunları zamanı əsas TV yayım xidmətini təmin etmək məqsədi ilə Bakı Media Mərkəzi ilə müqavilə bağlayıb.

Dollar ucuzlaşmağa başladı - Özü də bütün dünyada

1 Fevral 2017 13:36

ABŞ prezidenti Trampın dollar ilə bağlı açıqlamaları qlobal birjalarda dünya pulunu ucuzlaşdırıb.

Nazir müavini: "Şahdəniz-2" layihəsi Gürcüstan üçün prinsipial əhəmiyyət kəsb edir"

1 Fevral 2017 13:33

"Növbəti illərdə Gürcüstanın enerji sektorunun inkişafı üçün əsas amil "Şahdəniz-2" layihəsinin istismara verilməsi və qaz anbarının tikintisi olacaq". Bunu Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili bildirib.

Leoni Mergenin “Qarabağ kolleksiyası” “ L’Oreal Professionnel” brendinin illik tədbirində

1 Fevral 2017 13:28

Ötən gün Almaniyanın paytaxtı Berlində keçirilən “L’Oreal Professionnel” brendinin illik tədbirində gənc almaniyalı dizayner Leoni Mergenin öz gözəlliyi ilə ictimaiyyətin diqqətini çəkən yeni “Qarabağ kolleksiyası” şirkətin iki yüzə yaxın nümayəndəsindən ibarət özəl auditoriya qarşısında təqdim edilib. Qeyd edək ki, “L’Oreal” 22 milyard avro gəliri və 77 min işçisi olan dünyanın ən böyük kosmetika şirkətidir. Bu kolleksiyada Qarabağ mövzusu və mədəni irsi təqdim olunub.

Siyavuş Novruzov: “Mənim telefonuma hər axşam xarici ölkələrdən naməlum zənglər gəlir”

1 Fevral 2017 13:26

“Mobil rabitə ilə bağlı çox ciddi problemlər yaranır. Mənim telefonuma hər axşam xarici ölkələrdən naməlum zənglər gəlir”.

Deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilməsi təklif edilib

1 Fevral 2017 13:25

Milli Məclisin üzvü Elmira Axundova deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilməsini təklif edib. “Olaylar”ın məlumatına görə, Milli Məclisin plenar iclasında çıxış edən E. Axundova deyib ki, bu insanların çoxunun mənzili yoxdur.

Deputat: “Bəzi siyasi partiyalar maliyyə əməliyyatlarını gizlədirlər”

1 Fevral 2017 13:24

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etməyən, o cümlədən hesabatları yalnız ağ kağız olan partiyaların məsələsini parlamentdə qaldırıb.

Oqtay Əsədov: “Kimin əmlakı sökülübsə, əvəzi verilib”

1 Fevral 2017 13:23

“XXI əsrdə kiminsə obyektini söküb, mülkiyyət hüququnu pozmaq nə deməkdir? Biz mülkiyyət hüquqlarının qorunması ilə bağlı qanunlar qəbul etmişik. Belə hallar barədə mətbuatda yer alan məlumatlara müvafiq nazirliklər reaksiya verməlidir”. “Olaylar”ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev söyləyib. Millət vəkili qeyd edib ki, mülkiyyət hüquqlarının pozulması barədə məsələlərə həssas yanaşılmalıdır. Spiker Oqtay Əsədov isə əmlakları sökülən insanların məhkəməyə müraciət etməsi faktının qeydə alınmadığını bildirib: “Kimin əmlakı sökülübsə, əvəzi verilib. Jurnalistlərin bu barədə yazdıqlarına fikir verməyin”. 

Deputat təklif edir: “Özəlləşdirmə çekləri yenidən tədavülə cəlb edilsin” 

1 Fevral 2017 13:20

Milli Məclisin fevralın 1-də keçirilən iclasında özəlləşdirmə çeklərinin yenidən tədavülə cəlb edilməsi təklif olunub. “OLaylar”ın məlumatına görə, bu təkliflə parlamentin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc çıxış edib. Z. Oruc deyib ki, Azərbaycanda hazırda çoxu sayda müəssisələr özəlləşdirməyə çıxarılır: “Keçmişdə əhaliyə verilən özəlləşdirmə çekləri ilə bağlı məsələyə qayıtmalıyıq.Özəlləşdirmə çekləri yenidən tədavülə buraxılmalıdır”.

Cocuq Mərcanlı kəndində iki mədəniyyətin toqquşması baş verməkdədir

1 Fevral 2017 13:21

2015-ci ilin sonlarından dünyada baş verən iqtisadi və maliyyə böhranına rəğmən Azərbaycan iqtisadiyyatı əvvəlcədən müəyyən edilmiş düzgün yol əsasında öz inkişaf tempini davam etdirdi. Bunu şərtləndirən başlıca amil isə zamanında ölkənin postneft dövrünə hazırlanması idi. Bu mənada 2004-cü ildən etibarən mərhələli olaraq həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları müstəsna rol oynayır. Ötən illər ərzində sözügedən proqramların icrası və əldə edilən nailiyyətlər bunu bir daha sübut edib. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən 2014-2018-ci illər üzrə Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının üçüncü ilinin yekunlarına dair iclasında da bu fakt bir daha öz təsdiqini tapdı.

Vahid Əhmədov: “ Hansı uzun əllər bu qanunun qəbuluna imkan vermir?”

1 Fevral 2017 13:19

Millət vəkili Vahid Əhmədov parlamentin iclasında strateji yol xəritələrinin qəbul edilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Hesablama Palatası haqqında qanunun qəbulu zəruridir: “ Azərbaycanda rüşvət və korrupsiyanın aradan qaldırılmasını istəyiriksə, “Maliyyə nəzarəti haqqında” qanunu qəbul etməliyik. Artıq bir neçə ildir ki, bu qanunu qəbul edə bilmirik. Xahiş edirəm ki, bu qanun gündəliyə salınsın. Digər məsələ Rəqabət Məcəlləsi ilə bağlıdır. Bu qanun layihəsi iki oxunuşda parlamentdə qəbul edilib. Amma sonra bu qanun layihəsi hara getdi, üçüncü oxunuşa çıxarılmadı, səbəbi bilinmir. Niyə Rəqabət Məcəlləsini qəbul etmək istəmirik. Hansl uzun əllər bu qanunun qəbuluna imkan vermir?”

Hamlet Xanızadə - 75

1 Fevral 2017 13:17