Gündəm
SƏRT QƏRAR: Facebook şifrəsini verməyən ölkəyə girə bilməyəcək
ABŞ prezidenti Donald Trampın miqrantların ölkəyə girişinə qadağa qoyan qərarından sonra atılan sərt addımlar narazılıqları daha da artırıb. Qaçqınların işi üzrə vəkil Mana Yegani sudanlı ABŞ vətəndaşının aeroportda Facebook şifrəsinin alınaraq hesabında araşdırma aparıldığını, iranlı turistin isə bu araşdırmadan sonra ölkəyə buraxılmadığını bildirib.
“Ötən illərin nəğmələri”
Deputat: “Azərbaycan Qarabağa getmək istəyən insanların səfərlərini özü təşkil etməlidir”
“Biz çalışmalıyıq ki, Dağlıq Qarabağa getmək istəyən xarici vətəndaşalara viza verək”. Bunu Milli Məclisin iclasında deyən deputat Zahid Oruc bildirib ki, Azərbaycan Qarabağa getmək istəyən insanların səfərlərini özü təşkil etməlidir.
“Gəncliyin səsi” festivalı keçiriləcək
Fevraıb 2 – 6-I tarixlərində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “2 fevral Gənclər günü”-nə həsr edilmiş “Gəncliyin səsi” incəsənət festivalı keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a nazirliyin mətbuat xidmətindən daxil olub.
Keçən il Azərbaycana 2.242.783 nəfər turist gəlib
2016-cı il ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2.242.783 nəfər olub ki, bu da 2015-ci il ilə müqayisədə 11.7 faiz artım olduğunu göstərir.
Azərbaycan genişzolaqlı internetin yayılma səviyyəsinə görə ilk beşliyə daxildir
2016-cı ilin yekunlarına görə, Azərbaycanda genişzolaqlı internetin yayılması səviyyəsi 79 faiz təşkil edib. Bu barədə "Market Research Reports" nəşrində yer alan analitik icmalda qeyd olunub.
Bakı-Şamaxı-Yevlax yolunda hərəkət çətinləşib
Havaların qarlı və şaxtalı olması Bakı-Şamaxı-Yevlax avtomobil yolunda avtomobillərin hərəkətini çətinləşdirib. Yolun bəzi hissələri qarla örtülüb və buz bağlayıb.
Regional proqramlarının icrası bölgələrdə inkişafı təmin edib
Azərbaycan Respublikasının Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan iclasında dövlət başçısı İlham Əlyevin geniş və məzmunlu çıxışından gəlinən qənaət ondan ibarət oldu ki, sözügedən proqramların icrası ölkənin simasını tamamilə dəyişib, bütün istiqamətlərdə inkişafa nail olunub.
Milli Məclisin yaz sessiyası öz işinə start verdi
Fevralın 1-də Milli Məclisin yaz sessiyası çərçivəsində ilk plenar iclas başlayıb.Sessiya dövlət himninin oxunması ilə açılıb.
MM intizam komissiyasının tərkibini təsdiqlədi
Fevralın 1-də Milli Məclisin yaz sessiyası Azərbaycan himinin səsləndirilməsi ilə öz işinə başlayıb. “Olaylar” xəbər verir ki, sessiyada ilkin olaraq MM-in İntizam Komissiyasının yeni tərkibi təsdiq edilib. Komissiyaya millət vəkillərindən Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxildir.
Avtobus pulunu verməyən sərnişinlərə
"Bakubus" MMC şirkətin avtobuslarının fəaliyyət göstərdiyi bəzi marşrutlarda qarlı havalarda ödəniş etməyən sərnişinlərə müraciət edib.
Rusiyalı politoloqdan Dağlıq Qarabağ AÇIQLAMASI: "Mümkün deyil"
"Dağlıq Qarabağ münaqişəsinə dair Rusiya ilə ABŞ arasında hər zaman konsensus mövcud olub. ABŞ-ın yeni prezident administrasiyasının da bu münaqişənin həllinə nə qədər diqqət yönəldəcəyi sual altındadır".
Ermənistanın baş naziri özünün təyin etdiyi nazirləri seçkilərə qədər "təmizləməyə" hazırlaşır
Yaxın zamanlarda Ermənistan hökumətinin tərkibində növbəti dəyişikliklər gözlənilir. Nəşr Ermənistan baş naziri Karen Karapetyanın ötən ilin sentyabr ayında hökuməti formalaşdıran və nazirləri təyin edən zaman seçdikləri şəxslərin ya silahdaşları olduğunu, ya da həmin vaxt daha yaxşı namizəd tapa bilmədiyini söylədiyini xatırladıb.
Pan Gi prezidentlik fikrindən daşındı
BMT-nin keçmiş baş katibi Pan Gi Mun Cənubi Koreya prezidentliyinə namizəd olmayacağını bildirib.
Əli Həsənov Səudiyyə Ərəbistanında səfərdədir
Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanı Krallığında səfərdədir. Ər-Riyadın Kral Xalid Beynəlxalq Aeroportunda prezidentin köməkçisi Əli Həsənovu Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri Adel bin Zaid Altoraifi qarşılayıb.














