Regional proqramlarının icrası bölgələrdə inkişafı təmin edib
Azərbaycan Respublikasının Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan iclasında dövlət başçısı İlham Əlyevin geniş və məzmunlu çıxışından gəlinən qənaət ondan ibarət oldu ki, sözügedən proqramların icrası ölkənin simasını tamamilə dəyişib, bütün istiqamətlərdə inkişafa nail olunub.
1 Fevral 2017 13:00 SiyasətBu dövlət proqramlarının düzgün icrasının və ölkə rəhbərliyinin regionların inkişafına qayğısının nəticəsidir
Azərbaycan Respublikasının Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan iclasında dövlət başçısı İlham Əlyevin geniş və məzmunlu çıxışından gəlinən qənaət ondan ibarət oldu ki, sözügedən proqramların icrası ölkənin simasını tamamilə dəyişib, bütün istiqamətlərdə inkişafa nail olunub. Prezident haqlı olaraq qeyd edib ki, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı tarixi hadisədir və tarixi nailiyyətdir. Yenidən qurulmuş sosial-iqtisadi infrastruktur bundan sonra onilliklər ərzində Azərbaycan xalqına və dövlətinə xidmət edəcək. Ötən müddət ərzində Azərbaycanda 26 elektrik stansiyası tikilib. Respublika üzrə qazlaşdırmanın səviyyəsi 92 faizə qalxıb, 11 min kilometr avtomobil yolu tikilib. Xüsusilə kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülüb, yüz minlərlə hektar torpağın meliorativ vəziyyəti yaxşılaşdırılıb və ya yeni suvarılan sahələr dövriyyəyə buraxılıb. Bundan başqa üç mindən çox məktəb, altı yüzdən çox tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib. 40-dan çox Olimpiya İdman Kompleksi, 20-dən çox muzey, 10-dan çox teatr binası inşa olunub. Dövlət Proqramının icrası zamanı qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması da əsas diqqət mərkəzində olub. Nəticədə məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə inşa edilib, 200 mindən çox məcburi köçkün o binalara yerləşdirilib.
Millət vəkili Azər Badamov da deyir ki, regional proqramların icrası ümumilikdə Azərbaycanın simasını müsbətə doğru dəyişib. Onun sözlərinə görə, 2004-cü ildən icra edilən "Regionların sosial-iqtisadi-inkişafı" üzrə Dövlət proqramları bölgələrimizin inkişaf dinamikasının daha da sürətlənməsində əsaslı rol oynayır: "Bu gün regionların ənənəvi istehsal sahələrinə uyğun ixtisaslaşması, kənd təsərrüfatının intensiv yüksəlişi, kənd təsərrüfatı məhsullarının saxlanması infrastrukturunun yaradılması, ixracxyönümlü məhsulların yetişdirilməsinin genişləndirilməsi, bu məhsulların dünya bazarına çıxışının təmin edilməsi, eləcə də, yeni heyvandarlıq komplekslərinin, quşçuluq təsərrüfatlarının istifadəyə verilməsi, böləgələrdə yeni pilot layihələrin həyata keçirilməsi ümumi inkişaf strategiyamızın uğurlarının bariz sübutudur. Bu, həm də bölgələrimizin inkişaf dinamikasını artırır. Ölkə Prezidenti cənab İlham Əliyevin "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda etdiyi çıxışda qeyd edilən məsələlər bir daha onu göstərir ki, Azərbaycan iqtisadiyyatı öz inkişafını davam etdirməkdədir" Millət vəkili qeyd edib ki, ölkə Prezidentinin rəhbərliyi ilə hazırlanan və indiyə qədər üç mərhələdə həyata keçirilən "Regionların sosial-iqtisadi inkişafı" Dövlət proqramları bölgələrdə bütün sahələrin paralel inkişafını təmin edib. Onun sözlərinə görə, rayonlarımızda kənd təsərrüfatının yüksək səviyyədə inkişafı, bir sıra sahələrin dirçəldilməsi ilə yanaşı, yeni infrastrukturların yaradılması, turizmin inkişaf etdirilməsi, xüsusi sənaye komplekslərinin quruluması məsələləri də prioritetə çevrilib: "Ölkəmizdə sosial layihələr davam etdirilir. Dövlət proqramında nəzərdə tutulan addımlar həyata keçirilib. Konfransda qeyd edildiyi kimi, bu gün regionlarda 59 məktəb, 53 bağça, 26 səhiyyə, 16 gənclər və idman, 73 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub, 1625 qaçqın və məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsi təmin edilib. Regionlarda aqroparkların yaradılması prosesi davam etdirilir. Bununla yanaşı, rayonlarımzda turizmin inkişafı üçün yaradılan infrastruktur da olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycan artıq regionun əsas turizm mərkəzinə çevrilir. Bu isə məhz qeyd etdiyimiz dövlət proqramlarının düzgün icrasının və ölkə rəhbərliyinin regionların inkişafına qayğısının nəticəsidir".
Millət vəkili Mirzəcan Xəlilov isə bildirib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda səslənən fikirlər bir daha ölkəmizdə həyata keçirilən iqtisadi-sosial siyasətin çoxşaxəliliyini və uğurlu icrasını nümayiş etdirmiş oldu: "Son 13 ildə reallaşdırılan sosial layihələr, infrastrukturların yenilənməsi istitqamətində həyata keçirilən əsaslı tədbirlər, yeni iqtisadi münssibətlər sisteminin formalaşmasına xidmət göstərən qanunların tətbiqi, o cümlədən bölgələrdə sahibkarların fəaliyyətinin stimullaşdırılması bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti öz inkişaf yolunda inamla irəli gedir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili siyasət insanlarımızın rifahını, regionlarımızın inkişafını təmin edib". Millət vəkili deyib ki, indiyə qədər 3 mərhələdə reallaşdırılan regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının icrası istiqamətində mühüm tədbirlər görülüb. Adıçəkilən konfransda da qeyd edildiyi kimi, dövlət proqramlarından irəli gələn vəzifələrin və ötənilki konfransda ölkə Prezidentinin verdiyi tapşırıqların icrası istiqamətində hesabat dövründə regionların inkişafına 4 milyard manat vəsaitin yönəldildiyini önə çəkən M.Xəlilov bu vəsatin bölgələrdə qeyri-neft sektorunun inkişafına, sahibkarlığın stimullaşdırılmsına böyük töhfələr verdiyini deyib: "Regionlar üzrə nəzərdə tutulan sənaye müəssisələrinin formalaşdırılması prosesi uğurla davam etdirilir. Ötən il qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında səmərəli təşviq mexanizmlərindən olan sənaye parklarının və zonalarının təşkili davam etdirilib. Konfransda da qeyd olunduğu kimi, Sumqayıt Kimya Sənaye Parkında "Azərtexnoline" zavodunda 750 nəfər işlə təmin edilib, ötən il istehsal edilmiş məhsulun 56 faizi ixrac olunub. Daha dörd müəssisə bu il, üç müəssisə isə gələn il fəaliyyətə başlayacaq, 800-ə yaxın yeni iş yeri açılacaq. Artıq digər regionlarımızda fəaliyyətə başlaması nəzərdə tutulan sənaye komplekslərinin istifadəyə verilməsi yönündə mühüm işlər aparılır. Möhtərəm Prezidentimizin vurğuladığı kimi, 2004-cü ildən bu günə qədər Azərbaycan sahibkarlarına təxminən 2 milyard manat dəyərində güzəştli şərtlərlə kreditlər verilib. Atılan addımlar, görülən tədbirlər Azərbaycan iqtisadiyyatının ümumi inkişaf tendensiyasının davamlılığını təmin edir".
Məhəmməd