Deputat: “Azərbaycan Qarabağa getmək istəyən insanların səfərlərini özü təşkil etməlidir”

“Biz çalışmalıyıq ki, Dağlıq Qarabağa getmək istəyən xarici vətəndaşalara viza verək”. Bunu Milli Məclisin iclasında deyən deputat Zahid Oruc bildirib ki, Azərbaycan Qarabağa getmək istəyən insanların səfərlərini özü təşkil etməlidir.

"Biz çalışmalıyıq ki, Dağlıq Qarabağa getmək istəyən xarici vətəndaşalara viza verək". Bunu Milli Məclisin iclasında deyən deputat Zahid Oruc bildirib ki, Azərbaycan Qarabağa getmək istəyən insanların səfərlərini özü təşkil etməlidir. O,xatırladıb ki, Azərbaycan tərəfi beynəlxalq aləmə Dağlıq Qarabağa qanunsuz səfər etməyin yolverilməz olduğunu bəyan edib: "Erməni tərəfi bundan çox narahatdır. Azərbaycan isə bu məsələni Xarici İşlər Nazirliyində olan "Qara siyahı" ilə tənzimləyirik. Açıq deyim ki, bu məsələdə hüquqi mexanizmlər məhduddur. Çünki biz Gürcüstanda olduğu kimi işğal olunmuş yerlərlə bağlı qanun qəbul etməmişik. Biz çalışmalıyıq ki, Dağlıq Qarabağa getmək istəyən xarici vətəndaşalara viza verək. Doğrudur, bu, müəyyən çətinliklər yaradacaq. Biz özümüz Dağlıq Qarabağa səfərlər təşkil etməliyik". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31