Pan Gi prezidentlik fikrindən daşındı

BMT-nin keçmiş baş katibi Pan Gi Mun Cənubi Koreya prezidentliyinə namizəd olmayacağını bildirib.

BMT-nin keçmiş baş katibi Pan Gi Mun Cənubi Koreya prezidentliyinə namizəd olmayacağını bildirib.
Xatırladaq ki, bu yaxınlarda Cənubi Koreya Milli Assambleyasının (parlament) ekspert qrupu BMT-nin keçmiş baş katibinin dövlətdə yüksək vəzifə tuta biləcəyi qənaətə gəlib. Hərçənd ümumdünya təşkilatının Baş Assambleyasının qətnamələrindən biri bunu həyata keçirməməyi tövsiyə edir.
Qeyd edək ki, Pan Gi Mun BMT-nin baş katibi kimi 10 illik fəaliyyətindən sonra yanvar ayında Nyu-Yorkdan vətəninə dönüb. Dekabrın 9-da böyük korrupsiya qalmaqalına görə ölkə prezidenti Pak Kın Heyə impiçment elan edildiyindən Pan Gi Mun prezidentliyə mümkün namizəd sayılırdı. Bu barədə report "Yonhap" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31