MM intizam komissiyasının tərkibini təsdiqlədi

Fevralın 1-də Milli Məclisin yaz sessiyası Azərbaycan himinin səsləndirilməsi ilə öz işinə başlayıb. “Olaylar” xəbər verir ki, sessiyada ilkin olaraq MM-in İntizam Komissiyasının yeni tərkibi təsdiq edilib. Komissiyaya millət vəkillərindən Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxildir. 

Fevralın 1-də Milli Məclisin yaz sessiyası Azərbaycan himinin səsləndirilməsi ilə öz işinə başlayıb. "Olaylar" xəbər verir ki, sessiyada ilkin olaraq MM-in İntizam Komissiyasının yeni tərkibi təsdiq edilib. Komissiyaya millət vəkillərindən Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxildir. 
Sessiyada həmçinin Hesablayıcı Komissiyanın yeni tərkibi təsdiq edilib. Belə ki, komissiyaya millət vəkillərindən Fəttah Heydərov, Qüdrrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelin daxildir. Qeyd edək ki, hər iki komissiyanın ilk iclasında sədr seçiləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31