“Gəncliyin səsi” festivalı keçiriləcək
Fevraıb 2 – 6-I tarixlərində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “2 fevral Gənclər günü”-nə həsr edilmiş “Gəncliyin səsi” incəsənət festivalı keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a nazirliyin mətbuat xidmətindən daxil olub.
1 Fevral 2017 13:08 SosialFevraıb 2 - 6-I tarixlərində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "2 fevral Gənclər günü"-nə həsr edilmiş "Gəncliyin səsi" incəsənət festivalı keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a nazirliyin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, festival çərçivəsində Prezident təqaüdçülərinin konsertlərinin, sərgilərin, gənc ədiblərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Festival tədbirləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Milli Kitabxana, Sumqayıt Dövlət Musiqili Dram Teatrı, Masallı rayon "ASAN həyat" kompleksi, Sabirabad rayon Mədəniyyət Mərkəzində də keçiriləcək.