Deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilməsi təklif edilib
Milli Məclisin üzvü Elmira Axundova deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilməsini təklif edib. “Olaylar”ın məlumatına görə, Milli Məclisin plenar iclasında çıxış edən E. Axundova deyib ki, bu insanların çoxunun mənzili yoxdur.
1 Fevral 2017 13:25 SosialMilli Məclisin üzvü Elmira Axundova deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilməsini təklif edib. "Olaylar"ın məlumatına görə, Milli Məclisin plenar iclasında çıxış edən E. Axundova deyib ki, bu insanların çoxunun mənzili yoxdur. O, sosial ipoteka üçün 3 il dövlət qulluqçusu stajı tələb olunduğunu nəzərə çatdırıb: "Xahiş edirəm ki, 125 deputat köməkçisinə 5 il fəaliyyətləri ərzində dövlət qulluqçusu statusu verilməsi məsələsi həllini tapsın".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31