Siyavuş Novruzov: “Mənim telefonuma hər axşam xarici ölkələrdən naməlum zənglər gəlir”
“Mobil rabitə ilə bağlı çox ciddi problemlər yaranır. Mənim telefonuma hər axşam xarici ölkələrdən naməlum zənglər gəlir”.
1 Fevral 2017 13:26 Sosial"Mobil rabitə ilə bağlı çox ciddi problemlər yaranır. Mənim telefonuma hər axşam xarici ölkələrdən naməlum zənglər gəlir". "Olaylar"ın xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov parlamentin plenar iclasında deyib. O, "Ərəb baharı"nda da belə halların baş verdiyini xatırladıb: "O zaman müxtəlif adamların telefonlarına zəng gəlirdi, sonra kəsilirdi. Bu, yoxlanışdır, bir imtahandır. Milli Məclis rəhbərliyindən xahiş edirəm, bu məsələ araşdırılsın".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31