Vahid Əhmədov: “ Hansı uzun əllər bu qanunun qəbuluna imkan vermir?”
Millət vəkili Vahid Əhmədov parlamentin iclasında strateji yol xəritələrinin qəbul edilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Hesablama Palatası haqqında qanunun qəbulu zəruridir: “ Azərbaycanda rüşvət və korrupsiyanın aradan qaldırılmasını istəyiriksə, “Maliyyə nəzarəti haqqında” qanunu qəbul etməliyik. Artıq bir neçə ildir ki, bu qanunu qəbul edə bilmirik. Xahiş edirəm ki, bu qanun gündəliyə salınsın. Digər məsələ Rəqabət Məcəlləsi ilə bağlıdır. Bu qanun layihəsi iki oxunuşda parlamentdə qəbul edilib. Amma sonra bu qanun layihəsi hara getdi, üçüncü oxunuşa çıxarılmadı, səbəbi bilinmir. Niyə Rəqabət Məcəlləsini qəbul etmək istəmirik. Hansl uzun əllər bu qanunun qəbuluna imkan vermir?”
1 Fevral 2017 13:19 SosialMillət vəkili Vahid Əhmədov parlamentin iclasında strateji yol xəritələrinin qəbul edilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Hesablama Palatası haqqında qanunun qəbulu zəruridir: " Azərbaycanda rüşvət və korrupsiyanın aradan qaldırılmasını istəyiriksə, "Maliyyə nəzarəti haqqında" qanunu qəbul etməliyik. Artıq bir neçə ildir ki, bu qanunu qəbul edə bilmirik. Xahiş edirəm ki, bu qanun gündəliyə salınsın. Digər məsələ Rəqabət Məcəlləsi ilə bağlıdır. Bu qanun layihəsi iki oxunuşda parlamentdə qəbul edilib. Amma sonra bu qanun layihəsi hara getdi, üçüncü oxunuşa çıxarılmadı, səbəbi bilinmir. Niyə Rəqabət Məcəlləsini qəbul etmək istəmirik. Hansl uzun əllər bu qanunun qəbuluna imkan vermir?"
Spiker Oqtay Əsədov "Hesablama Palatası haqqında" qanun layihəsinin hazır olduğunu və gündəmə salınacağını bildirib: "Rəqabət Məcəlləsi iki dəfə müzakirə olunub və qəbul edilib. Üçüncü oxunuşa gəlincə, qanuni layihəsinin təşəbbüskarı var. 2008-ci ilə yaranan böhrandan sonra yeni tələblərə uyğun olaraq qanun layihəsi üzərində yenidən işləməyə ehtiyac yaranıb. "Maliyyə nəzarəti haqqında" qanun üzərində də isə iş gedir".